Modern.az

ABŞ səfirliyi “Yeni Əsrin Müqaviləsi” haqda məlumat yaydı

ABŞ səfirliyi “Yeni Əsrin Müqaviləsi” haqda məlumat yaydı

14 Sentyabr 2017, 12:30

Amerika Birləşmiş Ştatları “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) layihəsi üçün Hasilatın Paylaşdırılması haqqında Sazişin müddətinin uzadılması münasibəti ilə Azərbaycanı təbrik edir.

 

Bu haqda ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, bu, ABŞ-da daxil olmaqla, dənizdəki AÇG neft yataqlarını inkişaf etdirən tərəfdaşları üçün möhtəşəm bir gündür.   

 

Səfirlik bəyan edib ki, 1994-cü ildə imzalanmış və “Əsrin Müqaviləsi” adını almış kontrakt və bugünkü yeni sazişin imzalanması eyni dərəcədə vacibdir.

 

Bildirilib ki, ABŞ  neft-qaz ehtiyatlarının iqtisadi çiçəklənmə və dünya enerji təhlükəsizliyinin artırılması məqsədilə əsas faktor qismində inkişafını və onların Avropa və digər bazarlara təhlükəsiz tədarükünü müşahidə edir.

 

Həmçinin  neft və qaz ehtiyatlarının Azərbaycanda, Xəzər dənizi hövzəsində inkişafını 1990-cı illərin əvvəlindən başlayaraq aktiv şəkildə dəstəkləyir. 

 

“Bu karbohidrogen ehtiyatlarının inkişafının və onların beynəlxalq təhlükəsizlik fonunda oynadığı rolun vacibliyi bu gün də Birləşmiş Ştatlar tərəfindən tanınır və xüsusi olaraq vurğulanır.

 

Bu reallıq aydın şəkildə Prezident Trampın 24-cü Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi və Konfransının keçirilməsi münasibətilə ən xoş arzularını ifadə etdiyi məktubda və dövlət katibi Tillersonun fevral ayında keçirdiyi Müşavirə Şurasında Birləşmiş Ştatların Cənub Qaz Dəhlizini dəstəkləməsi haqqında səsləndirdiyi bəyanatında nümayiş etdirilir.     

 

Amerikanın neft şirkətləri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti konsorsiumunda əzəli iştirakçılar sırasında qalmaqdadır. Və 1990-cı illərin sonlarında Birləşmiş Ştatlar AÇG və Xəzər dənizi hövzəsindəki digər regionlardan dünya bazarlarına neft daşıyan Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinə güclü siyasi və maddi dəstək vermişdi.

 

Amerikanın neft-mədən avadanlıqları və xidmət şirkətləri həmçinin bu layihələrin həyata keçirilməsində əsas rol oynamışdılar. BTC boru kəmərindən sonra bizim əməkdaşlığımız hazırda Xəzər qazını Gürcüstan və Türkiyəyə çatdıran Cənubi Qafqaz Boru kəmərinin tikintisinə gətirib çıxardı.  

 

Yaxınlarda Birləşmiş Ştatlar qaz təchizatını Avropa istehlakçılarına çatdırmaq üçün yeni mənbə və marşrut yaratmaqla Avropa enerji təhlükəsizliyini gücləndirən Cənub Qaz Dəhlizinin inkişafında Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələrlə yaxından əməkdaşlıq etdib. 

 

Bütün bu layihələr nəinki Xəzər dənizi ehtiyatlarını dünya üçün açıb, həm də Azərbaycanın iqtisadi artımına təkan verib.

 

Azərbaycan enerji inkişafının yeni və daha da çox ümidlər verən mərhələsinə qədəm basdığı üçün biz yeni neft və qaz ehtiyatlarının inkişaf etdirilməsi və onların bazara çıxarılması məqsədilə sizinlə əməkdaşlığımızı davam etdirmək istəyirik. Birləşmiş Ştatlar Azərbaycanın ümumi inkişafında, onun qeyri-neft sektorlarının artmasında və yeni İpək Yolunun reallaşdırılmasında çoxdankı tərəfdaşı olduğu üçün uzun müddətdir ki, neft və qaz sektorunda baş verən iri həcmli strateji layihələrdə Azətbaycanın tərəfdaşı olun və tərəfdaşı olaraq qalmaqdadır.    

 

Prezident Tramp bu ilin əvvəlində söyləyib: “Mən Birləşmiş Ştatlarla Azərbaycanın son 25 ildə birlikdə qurduğu əməkdaşlığı dəyərləndirirəm və bu əməkdaşlığın davamlı inkişafını gözləyirəm”".

 

Qeyd edək ki, Azərbaycan hökuməti və SOCAR “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TP”, “İTOCHU” və “ONGC Videsh” şirkətləri ilə bu gün “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayıblar.

 

Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna $3.6 milyard bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə $40 milyarddan artıq sərmayə qoyulması potensialı var.

 

 

Saziş təsdiqləndikdən sonra AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq: BP- 30,37%; SOCAR- 25,00%; Chevron- 9,57%; INPEX- 9,31%; Statoil- 7,27%; ExxonMobil- 6,79%; TP- 5,73%; ITOCHU- 3,65% və ONGC Videsh Limited (OVL)- 2,31%.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi