Modern.az

Sabah şəxsi avtomobillərdən az istifadə edin – Yol polisindən XƏBƏRDARLIQ

Sabah şəxsi avtomobillərdən az istifadə edin – Yol polisindən XƏBƏRDARLIQ

14 Sentyabr 2017, 12:49

Sabahdan məktəblər açılır. Məktəblər açıldıqdan sonra xüsusilə də 15 sentyabr günü paytaxtda və bölgələrdə sıxlıq, tıxaclar ənənəvi hal alır. Bəs görəsən dövlət yol polisi tıxacların qarşısını almaq üçün hansı işləri görəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, sentyabrın 15-i yol polisi gücləndirilmiş iş rejimində xidmət aparacaq.

 

“Evakuatorlar da sabah gücləndirilmiş is rejimində işləyəcək, yolun hərəkət hissəsində avtomobillərini saxlayan, digər hərəkət iştirakçılarına maneə yaradan avtomobillər cərimə meydançalarına aparılacaq. Həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.

 

K.Əliyev bildirib ki, sıxlığın aradan qaldırılması uşun görülən işlər başqa günlərdə də davam edəcək.

 

“Yalnız sentyabrın 15-də deyil, digər günlərdə də yolun hərəkət hissəsində, dayanma-durmanın qadağan olunduğu yerlərdə saxlayan avtomobillər təxliyə olunacaq. Əgər belə hallarla qarşılaşmaq istəmirlərsə çalışsınlar şəxsi avtomobillərdən az istifadə etsinlər və ya avtomobillərini biraz uzaq ərazilərdə saxlayıb rahat şəkildə övladlarını məktəbə gətirsinlər”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır