Modern.az

Efirlərdə görünməyən tanınmış jurnalist təhsil layihəsinə başlayıb

Efirlərdə görünməyən tanınmış jurnalist təhsil layihəsinə başlayıb

14 Sentyabr 2017, 12:53

Bəzən kifayət qədər tanınmış şəxslərin görünmədiyini, sənətindən uzaqlaşdığını müşahidə edirik. Xüsusilə hər zaman efirlərdə çıxış edən, tamaşaçıların maraq nəzərində olan simaların yoxluğu tez hiss edilir.

 

Tanınmış jurnalist, televiziya aparıcısı İlhamiyyə Rza da bir müddətdir efirlərdən uzaqdır.

 

Maraqlıdır, telejurnalist hazırda nə işlə məşğuldur?

 

Modern.az bu sualla jurnalistə müraciət edib. O bildirib ki, hazırda təhsillə bağlı layihəyə rəhbərlik edir:

 

“Artıq 3 aydır, bu layihə istiqamətində işə başlamışam.  Layihəmiz uşaqların elmi dünyagörüşünü və kreativ imkanlarını genişləndirməyi hədəf alıb. Bundan öncə isə bir il işsiz oldum”.

 

Eyni zamanda  telejurnalistin AzTV-də fəaliyyət göstərdiyi  deyilirdi. İ.Rza məsələyə aydınlıq gətirib:

 

“Televiziya fəaliyyətimin ilk dövrlərində AzTV-də çalışmışam. Ondan sonra həmin kanala geri dönməmişəm. O cümlədən AzTV-dən heç bir təklif gəlməyib”.

 

Telejurnalist həmçinin qeyd edib ki, AzTV-dən başqa digər telekanallardan da hər hansı təklif almayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir