Modern.az

Tacikistan Prezidentinin təyyarəsi qəza törətdi - Aeroport rəisi öldü

Tacikistan Prezidentinin təyyarəsi qəza törətdi - Aeroport rəisi öldü

14 Sentyabr 2017, 11:40

Tacikistanda Xoroq şəhər aeroportunun rəisi ölkə Prezidenti Emoməli Rahmonu müşayiət edən təyyarəni yola salarkən qəza nəticəsində ölüb.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.  

 

Məlumata görə, aeroport rəisi vilayətin digər məmurları ilə birlikdə Tacikistan Prezidentini vilayətə gəlişi və yola salınması zamanı müşayiət edirmiş.

 

Xəbərdə deyilir ki, prezident olan təyyarə havaya qalxarkən aeroport rəisi təyyarəyə yaxın yerdə durub. Bu səbəbdən təyyarənin mühərrikinin yaratdığı güclü havanın təsirindən yıxılıb və baş daşa dəyib.

 

DİN-in yaydığı məlumatda deyilir ki, o, daşa dəyərkən aldığı ağır yaralardan xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər