Modern.az

Zabelin: Prezident Administrasiyasında ruslar da işləyir

Zabelin: Prezident Administrasiyasında ruslar da işləyir

14 Sentyabr 2017, 13:41

“Moskva-Bakı oxu” konfransında çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Rus icmasının rəhbəri Mixail Zabelin bildirib ki, hazırda Azərbaycanda 120 min rus millətindən olan vətəndaş yaşayır.

 

Deputatın sözlərinə görə, Azərbaycanda ən çoxsaylı və güclü rus diasporu mövcuddur. Tarixə müraciət edən M.Zabelin qeud edib ki, Rusiya və Azərbaycan möhkəm strateji münasibətlər quraraq, kəskin məsələləri yoluna qoya biliblər.

 

M.Zabelin vurğulayıb ki, Heydər və İlham Əliyevlərin sayəsində Azərbaycanda rus dili qorunur və sürətlə inkişaf edir.

 

M.Zabelin xatırlayıb ki, 1994-cü ildə Heydər Əliyev rus icmasını toplayaraq, Azərbaycanı tərk etməməyə çağırıb: “Mənə MDB-də ikinci bir ölkə göstərin ki, parlamentdə və Prezident Administrasiyasında ruslar işləyir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır