Modern.az

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Aktual

14 Sentyabr 2017, 14:17

Ötən gün Prezident İlham Əliyev 2017/2018-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, 2017/2018-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycanın ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilsin.

 

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Prezident təqaüdünə layiq görülənlərdən 16 nəfəri bu universitetin tələbələridir. Bu da ötən tədris ilində BDU-dan Prezident təqaüdünə layiq görülən tələbələrin sayından 60 faiz çoxdur:

 

“Onu da qeyd edək ki, bu il ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında respublika ali məktəbləri arasında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, BDU-nun bakalavriat səviyyəsinə universitetin Qazax filialı da daxil olmaqla 5100, magistratura səviyyəsinə 700 nəfər qəbul edilib.

 

Qəbul imtahanı verən tələbələrdən 600 və daha yüksək bal toplayan 390, 500-700 arası bal toplayan 1500 nəfər Bakı Dövlət Universitetini seçib ki, bu da respublikada 500-700 bal toplayan abituriyentlərin 21%-ni təşkil edir. Eyni zamanda 3-cü ixtisas qrupu üzrə 700 bal toplayan 2 nəfərin seçimi də BDU olub”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!