Modern.az

Eyfel qülləsinə ərə gedən qadın, balışa aşiq olan gənc – Dünyanın ən qəribə EVLİLİKLƏRİ

Eyfel qülləsinə ərə gedən qadın, balışa aşiq olan gənc – Dünyanın ən qəribə EVLİLİKLƏRİ

14 Sentyabr 2017, 14:43

Müasir zamanda bəzi insanlar ənənəvi evliliklərə bezdirici adət kimi baxrı və özlərinə ən qeyri-adi həyat yoldaşları seçir. Bu zaman tərəf müqabillərinin canlı olub-olmaması onları düşündürmür. Modern.az dünyada ölkələrinə ən qeyri-adi evliliklərlə bağlı kiçik araşdırmanı təqdim edir.

 

Gil qabla evlənən hindistanlı qadın

Hindistanda bəzi qadınların fikrincə, əgər kişi öz toyuna gəlmirsə, ən yaxşı variant gil qabla evlənməkdən ibarətdir. 2005-ci ildə Silviya adlı hidnli qadın belə də etmişdi. Tibetlə sərhəddə xidmət çəkən nişanlısı Çaman Sinqxin sərhədə yaranmış gərgibliklə bağlı toyuna gələ bilmədiyinə görə, Silviya bəy yerinə gil qab qoyaraq onun üzərinə nişanlısının şəklini yapışdırmışdı.

 

Oyuncaq kukulanı həyat yoldaşı seçən amerikalı

ABŞ sakini Deykvet Milford isə özünə oyuncaq kuklanı həyat yoldaşı seçmişdi. Seçdiyin qadının ondan pul tələb etmədiyini, daim susduğunu və heç zaman ona xəyanət etmədiyini deyən Deykvet 3 il kukla ilə birlikdə yaşamışdı.

 

Balışla evlənən koreyalı gənc

Bir çoxları həyat yoldaşının olduqca yumşaq olmasını istəyir. Bu mənada. Cənubi Koreya sakini Li Cin Kuy özünə həyat yoldaşı olaraq balışı seçib. Balışın üzündə ölkədə populyar olan animelərdən birinin şəkli əks olunub. “Cütlük” 2010-cu ildə münasibətlərini rəsmləşdirib.

 

Berlin divarına aşiq olan qadın

1979-cu ildə Rita Berlinauer-Mauer “Soyuq Müharibə”nin simvollarından sayılan Berlin divarı ilə ailə həyatı qurmuşdu. Uşaq yaşlarından televiziya ekranlarında gördüyü divara ilk baxışdan aşir olan Rita devliliyi üçün rəsmi mərasim də təşkil etmişdi. Lakin 1989-cu ildə “cütlüy”ün xoşbəxtliyinə son qoyulur. Berlin divarı söküldükdən sonra Rita bu şəhəri tərk edib. Onun “nikah”dan sonra özünə götürdüyü Berliner-Mauer soyadı almancadan “Berlin divarı” deməkdir.

 

Eyfel qülləsi ilə nikaha girən amerikalı qadın

San Fransisko sakini Erika Parisin simvollarından sayılan Eyfel qülləsini ziyarət etdikdən sonra bu şəhər vurulmuşdu. Hər il qülləni ziyarət edən qadın 2008-ci ildə onunla münasibətlərini rəsmləşdirib. Eyni zamanda Erika özünə Lya Tur Eyfel (fransızcadan Eyfel Qülləsi) soyadını götürüb. Maraqlıdır ki, bundan əvvəl Erika onun yaşayış sahəsindəki divara aşir idi.

 

Zorladığı keçi ilə evlənən kişi

Sudan qanunlarına görə qadınla intim yaxınlıq edən kişi onun ailəsinin namusunu qorumaq üçün dərhal həmin qadınla evlənməlidir. 2006-cı ildə bu qanun keçilərə də aid edilməyə başladı. Belə ki,Çarl Tombe adlı şəxs keçi ilə əlaqədə olarkən aşkarlanmışdı. Məhkəmə qərarı ilə Tombe zorladığı keçi ilə evləndi və onun sahibinə başlıq pulu ödədi.

 

Delfinə ərə gedən qadın

Sindi Kempli adlı Britaniya vətəndaşı  isə delfinə aşir olub. 15 il ərzində akvariuma gələrək onu izləyən qadın sonda delfinlə toy mərasimi də təşkil etmişdi. Mərasimin sonunda qadın delfinə balıq verməklə ona “hə” demişdi.

 

Özü-özü ilə evlənən qadın

30 yaşlı Hollandiyalı rəssam Ceniffer Houks isə özü-özü ilə evlənmişdi. Mərasimə doslatını və yaxınlarını dəvət edən Houks özünə sadiq qalmaqla şəxsi həyatındakı bütün xəyanətlərin sonlanacağını açıqlamışdı.

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!