Modern.az

Polşanın idman naziri azərbaycanlı məşqçini mükafatlandırdı - FOTO  

Polşanın idman naziri azərbaycanlı məşqçini mükafatlandırdı - FOTO    

14 Sentyabr 2017, 15:10

20 ildən çoxdur Avropada yaşayan azərbaycanlı məşqçi Emin Hüseynov Polşanın idman və turizm naziri Vitold Bank tərəfindən diplomla mükafatlandırılıb. Bu barədə məlumatı Modern.az-a diaspor hərəkatının fəalı Elnur Eltürk bildirib.

“Birinci dərəcəli məşqçi diplomu Polşada hər məşqçiyə nəsib olmur. Bunun üçün məşqçinin idmançıları dünya və Avropa yarışlarında nəticə verməlidir. Polşanın Halina Konopnickaya adına Bədən Tərbiyəsi və Turizm Universitetinin rektoru, prof. Eva Strupinska təqdimatı əsasında Emin Hüseynov birinci dərəcəli məşqçi mükafatına layiq görülüb.
Təqdimatı nazir Vitold Bank imzalayıb. Polşada bu gün 10 birinci dərəcəli məşqçi var. Onlardan biri də Emin Hüseynovdur. Qeyd edim ki, Emin Hüseynov Avropada tanınan məşqçidir. Emin Hüseynov bir müddət boks üzrə İngiltərə yığma komandasının köməkçi məşqçisi və Polşa yığma komandasında məşqçi vəzifəsində çalışıb. Bir müddət bundan əvvəl Polşa-Azərbaycan İdman Birliyini yaradıb”,-deyə E.Eltürk əlavə edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir