Modern.az

Ləğv olunmuş maşın nömrələri yenidən istifadəyə qaytarıla bilərmi? - AÇIQLAMA  

Ləğv olunmuş maşın nömrələri yenidən istifadəyə qaytarıla bilərmi? - AÇIQLAMA   

Aktual

14 Sentyabr 2017, 15:28

Avtomobil satılarkən onu alan şəxs üstündəki nömrəni istəmirsə, həmin dövlət qeydiyyat nişanı ləğv olunur. Bəs görəsən ləğv olunmuş avtomobil nömrələrinin yenidən istismara verilməsi mümkündürmü? 

 

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-a açıqlamasında ləğv olunan dövlət qeydiyyat nişanının yenidən istifadəyə qaytarılmasının mümkün olduğunu deyib.

 

“İstifadə olunmuş dövlət qeydiyyat nişanı digər  istifadəçiyə də verilə bilər. Ola bilsin ki, kimsə avtomobilini satır və dövlət qeydiyyat nişanını təhvil verir. Həmin nömrə bir müddət sonra başqasına verilə bilər. Əgər dövlət qeydiyyat nişanı istifadədə deyilsə, yol polisində varsa, o məsələyə baxıla bilər. Həmin nömrələr yenidən istifadə edilə bilər”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!