Modern.az

Konfutsi İnstitutunun direktoru Tailandda konfransda iştirak edib

Konfutsi İnstitutunun direktoru Tailandda konfransda iştirak edib

14 Sentyabr 2017, 15:38

Bankonqdakı (Tailand) Bansomdejxaopraya Radjabat Universitetində “İpək Yolu iqtisadi qurşağı” və “XXI əsrin Dəniz İpək Yolu”nun yaradılması və “Bir kəmər-bir yol” adlı Çin layihəsinin həyata keçirilməsində iştirak edən Asiya ölkələri Konfutsi İnstitutlarının beynəlxalq konfransı başa çatıb. Konfutsi İnstitutu İqamətgahının“Konfutsi İnstitutlarının 2012-2020-ci illər dövründə inkişaf planı” çərçivəsində təşkil etdiyi konfransda 44 Konfutsi İnstitutu və Asiya ölkələrinin 17 Konfutsi sinfi, o cümlədən ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua iştirak edib.

 

“Bir kəmər-bir yol” təşəbbüskarlığı və Konfutsi İnstitutlarının inkişafı” devizi altında keçirilən konfransda Asiya ölkələri üzrə milli kadrların və Çin dili müəllimlərinin hazırlanması, Konfutsi İnstitutlarının perspektivli inkişaf sahələri və aktual problemlərindən bəhs edilib. Konfransda Böyük İpək Yolunun birləşdirdiyi ölkələrin Konfutsi İnstitutlarının fəaliyyətinə həsr olunmuş fotosərgi təşkil olunub və bu fotosərgidə ADU-nun Konfutsi İnstitutunun məlumat stendi dətəqdim olunub.

 

ADU-nun Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru professor Rafiq Abbasov vurğulayıb ki, Çin Xalq Respublikasının (ÇXR) Təhsil Nazirliyinin Çin dilinin xaricdə yayılması üzrə Dövlət Dəftərxanasının (Hanban) qərarı ilə ADU-da yaradılan Konfutsi İnstitutu Çin dilinin tədrisi və Azərbaycan ictimaiyyətinin Çin mədəniyyəti ilə tanış olması məqsədi daşımaqla yanaşı, “Bir kəmər-bir yol” konsepsiyasının həyata keçirilməsiistiqamətində elmi tədqiqat işlərinin aparılmasına töhfələr verib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Dövlət Şurası sədrinin birinci müavini Çjan Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətinietdiyini, həmin görüşdə Çindən Avropaya və geriyə yüklərin daşınmasında Azərbaycanın tranzit rolu, həmçinin İpək Yolu infrastrukturunun yaradılması və inkişafında qarşılıqlı maraqların olduğunun vurğulandığını xatırladıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu