Modern.az

Mədəniyyət və Turizm İdarəsi Bilik günü ilə bağlı toplandı  

Mədəniyyət və Turizm İdarəsi Bilik günü ilə bağlı toplandı   

14 Sentyabr 2017, 15:41

Bu gün Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsini əhatə etdiyi rayonlardan 2-sinin - Ağdam və Laçın rayonlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin iştirakı ilə 2017-2018-ci tədris ilinə - Bilik gününə həsr olunmuş tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanınl ziyarət ediblər.

Gəncliyə Yardım Fondunda keçirilən konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsilə başlayıb. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Vüqar Qədirov 15 sentyabr-Bilik günü münasibətilə musiqi məktəblərinin kollektivlərini, eyni zamanda bütün təhsil müəssisələrində işləyən və təhsil alan müəllimləri, tələbələri və şagirdləri təbrik edib. O, mərhum dövlət başçısı Heydər Əliyev tərəfindən Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə göstərilən diqqət və qayğının prinsipiallıqla davam etdirilməsini bu sahənin inkişafına dövlət qayğısının bariz nümunəsi olduğunu bildirib.

Natiq Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri nəticəsində Azərbaycan muğamının, xalça sənətinin bu gün YUNESKO-nun mədəni irs siyahısında olmasını ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsi kimi qeyd edib.

Rəis müavini 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsini,  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsini dövlətimizin milli və bəşəri dəyərlərin qorunmasına verdiyi töhfənin bariz nümunəsi olduğunu vurğulayıb. 

Sənət adamlarına dövlət qayğısının ən yüksək səviyyədə olduğunu, ali mükafatlarla təltif olunmalarını, onlara prezident təqaüdünün verilməsini, müasir mədəniyyət obyektlərinin inşa olunaraq mədəniyyət müəssisələrinin istifadəsinə verilməsini və s. qeyd edən Vüqar Qədirov  bu sahənin yüksək templə inkişafa gətirib çıxardığını bildirib.

 

Tədbirdə çıxış edən 1 saylı Laçın şəhər Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova, Cabbar Qaryağdıoğlu adına Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Yeganə Vəliyeva, Xan Şuşinski adına Ağdam Muğam Uşaq Musiqi Məktəbinin direktoru Xətayə Cəfərova, Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin direktoru Aygün Hüseynova, Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyev, Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Türkanə Nuruyeva və digərləri Bilik günü münasibətilə təhsil ictimaiyyətini təbrik ediblər.
Onlar Mədəniyyət və Turizm Nazirliyinin, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin qərar və tapşırıqlarının icra olunmasında ciddi səylə çalışacaqlarını, Azərbaycanın dahi, korifey sənətkarlarının davamçılarının yetişdirilməsində məsuliyyətlə yanaşacaqlarını bildiriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi