Modern.az

Polisə ictimai dəstək verənlər neçə nəfərdir?..

Polisə ictimai dəstək verənlər neçə nəfərdir?..

Aktual

14 Sentyabr 2017, 15:44

“Polisə ictimai dəstək verənlərin dəqiq sayı məlum deyil. Çünki hazırda boş yerlərə qəbul davam edir”.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev məlumat verib.

O eyni zamanda qeyd edib ki, polisə ictimai dəstək verən hər bir şəxs əmək haqqı alır:


“Onlar ictimai asayişin qorunmasında xidmət edirlər. 20-24 yaşlı şəxslər könüllülük prinsipi əsasında xidmətə qəbul edilirlər. Polis orqanlarında sıravi heyətə qəbulda iki il aktiv işləyənlərə üstünlük verilir. Onlar müvafiq geyim forması, fərqlənmə nişanı, xüsusi vəsiqə ilə təmin olunurlar”.

Qeyd edək ki, prezident İlham Əliyev 2016-cı ildə İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Fərmanda vətəndaşların polislə əməkdaşlığı nəzərdə tutulub. Hərbi xidməti keçmiş, boyu 1.70-dən yuxarı olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olur. Polis əməşdaşlarından fərqli olaraq onlar tabel silahı ilə təmin olunmurlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir