Modern.az

“Xaricilər Bakıdakı bir axmağın donosu ilə ağızlarına gələnləri yazıblar” - Deputat generalı müdafiə etdi  

“Xaricilər Bakıdakı bir axmağın donosu ilə ağızlarına gələnləri yazıblar” - Deputat generalı müdafiə etdi  

14 Sentyabr 2017, 15:57

23 beynəlxalq təşkilat ABŞ-ın dövlət katibi Reks Tillerson və maliyyə naziri Steven Mnuxinə müraciət ünvanlayaraq bəzi xarici ölkələrin bir sıra vəzifəli şəxslərinin adını "Qlobal Maqnitski aktı"na salmağı təklif ediblər.
Azərbaycandan bu siyahıya Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun salınması təklif olunur.
ABŞ Konqresinin ötən ilin sonunda qəbul etdiyi bu akt Amerika prezidentinə "insan haqlarını pozan və ya korrupsiyaya bulaşmış" xarici rəsmilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyəti verir.

Söhbət əsasən onlara qarşı viza qadağasından və ABŞ-dakı aktivlərinin dondurulmasından gedir.

M.Seyidov əvvəllər DİN-in el arasında "bandotdel" kimi tanınan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olub.

Müraciətdə deyilir ki, Mirqafar Seyidovun bir sıra hadisələrdə, o cümlədən həbs edilən bəzi gənc fəalların döyülməsində birbaşa əli olub. Qeyd edilib ki, M.Seyidov 2016-cı ilin mayında mərhum president Heydər Əliyevin heykəlinə hökumət əleyhinə şüarlar yazan iki fəalı həbsə atıb, onlara təcridxanada işgəncələr verdirib.


Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Modern.az-a açıqlama verib.

 

Deputat bildirib ki, belə addımlar Azərbayacanda təxribat, pozuculuq və qarışıqlıq yaradılmağa yönəlib.

“ Bu təşkilalar Azərbaycana qarşı düşmən mövqeyində olanlardır. Onların dediklərinin hər biri şər və böhtandır. Digər bir tərəfdən də mərhum prezident Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir. H.Əliyev Azərbaycanın qurucusudur, dahi şəxsiyyətdir. Bunu təkcə biz yox, dünyanın tanınmış, görkəmli, ziyalı şəxsləri deyir. Kimsə H.Əliyevin şəxsiyyətini, büstünə, abidəsinə ləkə gətirən nəyisə edibsə, bu Azərbaycan qanunvericiliyini pozmaq deməkdir. Azərbaycan qanunlarına, xalqına qarşı hörmətsizlikdir. Bunu edən şəxs və ya şəxslər də cəzasını almalıdır. Mirqafar Seyidov özünün vəzifə borcunu yerinə yetirərək, onları həbs edib”.

 

Elman Məmmədov qeyd edib ki, həbs olunan şəxslərə  işgəncələrin verilməsi, təcavüzlə hədələnilməsi fikirləri isə şər və böhtandır.

“Bu beynəlxalq təşkilatlar Fransada, ABŞ-da, Belçikada  yerləşir. Amma buradan bir axmağın verdiyi donos nəticəsində ağızlarına gələnləri yazırlar. Biz niyə onlara inanmalıyıq və ya onların təşəbbüsü ilə Azərbaycandakı hər hansı bir şəxsə qarşı sanksiya tətbiq olunmalıdır? Bunlar təbii ki, məqsədli, qərəzli hərəkətlərdir. Bütün bunların hamısı məqsədli şəkildə Azərbaycanda qarışıqlıq, təxribat yaratmağa, dövlətçiliyimizin laxlamasına  yönəldilib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir