Modern.az

Deputatlar təcili yardım işçilərinin döyülməsindən narahatdırlar

Deputatlar təcili yardım işçilərinin döyülməsindən narahatdırlar

Aktual

14 Sentyabr 2017, 16:18

Azərbaycanda təcili yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdafiəsinin həyata keçirilməsi təklif edilir.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə  komitəsinin sədr müavini Musa Quliyev deyib.

Deputat bildirib ki, son dövrlər təcili yardım işçilərinin döyülməsi və təhqir edilməsi halları artıb.

“Bunları aradan qaldırmaq üçün hüquqi yollar tapılmalıdır. Bəzi ölkələrin qanunvericiliyində təcili yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir”.

Deputat qeyd edib ki,  gələcəkdə ölkədə  “Pasiyentlərin və tibb işçilərinin hüquqları” haqqında qanun layihəsi qəbul edilməlidir.

““Ailə həkimi haqqında” qanun layihəsi uzun zamandır parlamentdə müzakirə edilir. Deputat həmkarlar təşəbbüs göstərərsə, işçi qrup yaradaraq bu qanunun qəbuluna nail olmaq olar. Çünki ölkədə icbari tibbi sığorta tətbiq olunarsa, bu məsələ mütləq tələb olunacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir