Modern.az

İlham Əliyev AŞ PA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB

İlham Əliyev AŞ PA həmməruzəçilərini qəbul edib - YENİLƏNİB

Aktual

14 Sentyabr 2017, 17:41

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdılar və bunu böyük tarixi hadisə kimi qiymətləndirdilər.

Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışdı.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!