Modern.az

Deputat: “Beyin ölümü diaqnozu ilə bağlı dinləmələr keçirilməlidir”  

Deputat: “Beyin ölümü diaqnozu ilə bağlı dinləmələr keçirilməlidir”   

14 Sentyabr 2017, 16:50

“Milli Məclisin Səhiyyə Komitəsinin iclasında beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumları, ən əsası ölkənin baş nevropotoloqu, baş beyin cərrahı və baş reanimatoloqunun iştirakı ilə dinləmələr keçirilməlidir”.


Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, beyin ölümü diaqnozunun qoyulub-qoyulmaması ilə bağlı məsələyə cavab tapılmasa, insanlara - “Gedin orqanlarınızı verin” demək olmaz.

 “Dinləmələr nəticəsində bu məsələlərə cavab tapmaqla əlimizdəki imkanlarla həll edə bilərik. Ümumilikdə isə insan sağlamlığı üçün lazım olan toxumaların hər birinin transpalatasiyasına icazə verilməlidir”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir