Modern.az

Ombudsman Aparatından Elmira Süleymanovanın səlahiyyət müddəti ilə bağlı AÇIQLAMA  

Ombudsman Aparatından Elmira Süleymanovanın səlahiyyət müddəti ilə bağlı AÇIQLAMA   

14 Sentyabr 2017, 17:02

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti başa çatıb. 2010-cu il martın 5-də müvəkkil seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitsə də, o, hələ də bu vəzifəni icra edir.

Ombudsman Aparatının İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nəcəf Tağıyev Modern.az-a bildirib ki, müvəkkilin səlahiyyət müddəti bitməsi ilə bağlı məsələnin əlavə şərhinə ehtiyac yoxdur. 

“Bununla bağlı Ombudsman Elmira Süleymanova açıqlama verib. Həmin açıqlamada bildirilir ki, müvəkkilin səlahiyyət müddəti yeni müvəkkil seçildikdən sonra bitir”.

Qeyd edək ki,  "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir.

Qanunvericiliyə görə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisə yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Milli Məclis 15 gün müddətində yeni müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Bu ilin payızında Milli Məclisdə yeni Ombudsmanın seçiləcəyi gözlənilir...

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?