Modern.az

Myanma Banqladeşin təklifini rədd etdi

Myanma Banqladeşin təklifini rədd etdi

14 Sentyabr 2017, 23:03

Myanma hökuməti Banqladeşin təklifini qəbul etməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Myanma hökumətin nümayəndəsi U Zo Txai media açıqlamasında bildirib.

U Zo Txai bildirib ki, Rohingiya müsəlmanlarının təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasındakı sərhəd boyunca təhlükəsizlik zonalarının yaradılması təklifi ilə razılaşmayıb: “Hökumət təqdim edilən planı qəbul etməyib. Əgər belə bir zona yaradılsa, o, beynəlxalq təşkilatların nəzarətinə keçəcək”.

 

Banqladeş hökumətinin sərhəddə təhlükəsiz zonaların yaradılması təklifini Myanma tərəfinə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti vasitəsi ilə çatdırdığı bildirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!