Modern.az

İŞİD-ə qoşulmuş əcnəbi gəlinlər - Əsir düşənlər arasında azərbaycanlı qadınlar da var  

İŞİD-ə qoşulmuş əcnəbi gəlinlər - Əsir düşənlər arasında azərbaycanlı qadınlar da var   

15 Sentyabr 2017, 08:59

İtaliyanın “Foglio” qəzetinin əməkdaşı Paolo Reduççi Rakka şəhəri yaxınlığında kürd qüvvələrinin İŞİD-dən azad etdiyi qaçqın düşərgəsini ziyarət edib. Modern.az xəbər verir ki, italiyalı jurnalist düşərgədə İŞİD komandirlərinin hərəmxanasında saxlanılan və kürdlərə əsir düşmüş qadınlarla söhbət edib.


“Rakkanın şimalında yerləşən bu qaçqın düşərgəsində kimin qurban, kimin isə İŞİD döyüşçüsü olduğunu demək çətindir: onların bəziləri İŞİD-ə tabe olmağa məcbur qalıb, bəziləri isə bunu könüllü ediblər.

 

“Al Aan” telekanalının müxbiri Cennan Mussa düşərgədə İŞİD komandirlərinin arvadı olan bir neçə qadınla danışıb. Onlar arasında Livan, Dağıstan, Türkiyə, Suriya və Tunisdən olan qadınlar da var. Bu qadınlar kürdlərə təslim olmayıb. Qızğın döyüşlərdən sonra əsir götürülüblər.

Onlar arasında İŞİD lideri Əl-Bağdadinin döyüşçülərinə qoşulmaq üçün İndoneziyadan gələn qadınlar da var. Həmin qadınlar reportyor Mussaya özlərini müharibənin qurbanı olduqlarını deyiblər. Ətrafda gəzişən suriyalı qaçqınlar isə nifrətlə baxdıqları bu əcnəbi qadınların “qurban” sözünü deməsindən hiddətlənir və onları İŞİD-ə qulluq etməkdə təqsirli sanırlar.

“Bizim ölkəmizdə nə edirsiniz? Bu ağır vəziyyətə düşməyimizdə sizin günahınız var”-deyə suriyalı qadınlar etiraz edib.


“İslam Dövləti”nin məğlubedilməzlik mifinə aldanan bu qadınlar öz valideynlərinə, dostlarına, yaxınlarına yalan danışaraq, Suriyaya gəliblər. Onlar arzusu “məğlubedilməz” İŞİD-in sıralarına qoşulmaq, nüfuzlu döyüşçülərin arvadı olmadan ibarət imiş.


Suriya Demokratik Qüvvələri və Qərb koalisiyasının dəstəklədiyi kürd qruplaşmaları azad etdikləri ərazilərdə İŞİD döyüşçülərinin arvadları və uşaqları üçün xüsusi zonalar yaradıb. Belə ailələr ələ keçən zaman ilk növbədə onları sorğu-sual edirlər. Onlardan alınan ifadələrə uyğun olaraq qadınlar ya həbsxanaya, ya da qaçqın düşərgəsinə yerləşdirilir.

Xarici qadınların bir qismi isə gizli yollarla Türkiyəyə keçib, geri qayıtmaq üçün öz səfirliklərinə müraciət edirlər. Lakin bu məsələ ilə bağlı vahid prosedur olmadığı üçün onların gələcək taleyi qeyri-müəyyəndir.

 

Belə qadınların sayı barədə dəqiq informasiya olmasa da, İŞİD-ə qoşulmaq üçün 8 mindən artıq əcnəbi qadının Suriya və  İraqa gəldiyi ehtimal olunur. Onların mənsub olduğu ölkələr arasında Rusiya, Türkiyə, ərəb ölkələri, İndoneziya və Avropa ölkələri ilə yanaşı, Azərbaycan da var. Britaniyanın bəzi KİV-ləri, məsələn "The Daily Caller" portalında dərc edimiş xəbərdə Azərbaycandan olduğu bildirilən bir neçə qadının da sözügedən düşərgədə saxlanılıdığı qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir