20 sentyabr 2018, Cümə axşamı
Ana Səhifə - REPORTAJ - Bilik gününə görə aşıb-daşan gül BAZARI: “Qəbiristanlıq gülləri alırlar” – REPORTAJ
Bilik gününə görə aşıb-daşan gül BAZARI: “Qəbiristanlıq gülləri alırlar” – REPORTAJ +
15.09.2017, 09:35

Xalqımızın “gül” kimi adəti var: Bayram günləri ərəfəsində, mövsümün özəl vaxtlarında  el dilində desək, qiymətlər od tutub yanır. Bu gün də yeni tədris ilinin başlanğıcıdır.

 

Məlum məsələdir ki, artıq bir neçə gün öncədən və ya elə indi valideynlər övladının ilk məktəb günündə müəllimlər üçün gül buketləri alırlar. Bu, artıq ənənə kimi formalaşıb. Yəqin ki, gül satanların bazarı açılıb deməyə ehtiyac yoxdur. Amma necə deyərlər, gözümlə görməsəm inanmaram. Maraqlıdır, gül bazarında vəziyyət necədir?

 

Modern.az saytı məsələni araşdırmaq üçün paytaxtın gül salonlarında olub.

 

Şəhərin mərkəzində yerləşən gül salonlarında alıcı çoxluğundan addım atmağa yer yox idi. Təbii, alıcıların əksəriyyətini valideynlər təşkil edirdi. Satıcılardan bircə kəlmə soruşmaq mümkün deyildi. “Təki bazar olsun” deyib digər gül salonlarına üz tutduq.

 

Camaat çarəsizlikdən gül alır

 

Paytaxtın Nəsimi rayonunda yerləşən “Şüvəlan” gül salonunun əməkdaşı hazırda müştərilərin çox olduğunu desə də, ümumi alıcı sayından şikayət etdi:

 

“Elə bir vaxtda gəlmisiniz ki, heç danışmağa vaxt yoxdur. Bu gün sabaha kimi oyaq qalacağıq. Sifarişləri çatdırmaq lazımdır. Düzdür, indi məktəb mövsümü olduğu üçün dükanda alıcılar çoxdur. Amma keçən ilə nisbətən ümumi vəziyyət pisdir. Alıcılıq qabiliyyəti çox zəifdir. Camaat çarəsizlikdən gül alır. Bu dəqiqə hər yerdə gül satırlar. Amma təbii əl işlərinə üstünlük verənlər çoxdur. Ona görə biz təkcə gül satmırıq, insanlara yaradıcı işlər də təklif edirik. Belə olmasa, alıcılar bizə müraciət etməz”.

 

Gül salonuna daxil olanda alıcı sayı iki idisə, qısa zamanda birə beş artdı. Hər kəs növbədə idi. Bir tərəfdən iş stressi, digər tərəfdən valideyn məsuliyyəti alıcılarda bir növ aqressivlik yaratmışdı.

 

“Deyirlər sentyabrın axırında yenə devalvasiya olacaq”

 

“Ağ ləçəyim” adlı gül salonunda da eyni vəziyyət müşahidə edilirdi. Salonda iki satıcı müştərilərlə maraqlanır, digər üç əməkdaş isə gül buketləri düzəldir. İşləri çox olsa da, floristlərlə həmsöhbət ola bildik. Aqil adlı florist ölkədə, gül bazarının zəiflədiyini bildirdi. Onun sözlərinə görə, güllərin 70 faizi xaricdən, 30 faizi isə Bakı kəndlərindən gətirilir:

“Devalvasiyadan sonra alıcılar çox azaldı. Təbii, böhran qiymətlərə təsir edir. Amma biz gülləri hələ də eyni qiymətlə satırıq. Qiymətlər 15-25 manat arasında dəyişir. Bu aralıq gül sayından, buket növündən asılıdır.

 

Elə dükanlar var ki, bayram günlərində qiyməti qaldırır. Düzdür, topdan satışçılar da fürsətdən istifadə edir. Amma biz bacardığımız qədər qiymətlərə əl dəymirik. Güllər adətən Hollandiya, Türkiyə, İrandan, eyni zamanda Maştağa, Nardaran, Şüvəlandan gətirilir. Amma bu dəqiqə yerli mal xarici maldan qat-qat üstündür”.

 

Elə söhbətin  üçüncü dəqiqəsində dükan satıcısı floristə “Tez ol, camaat növbədədir” deyib yeni sifarişləri qeyd etdi. Bu zaman digər florist:

 

“Xanım, deyirlər sentyabrın axırında manat 2.50 AZN olacaq. Yenə camaata od qoyacaqlar. Onsuzda alıcılar azdır. Yəqin bundan sonra heç olmaz”.

 

Florist Aqil:

 

“Siz ona fikir verməyin. Biz iki-üç gündür, yatmırıq. Sifarişləri çatdırmaq üçün bütün günü burdayıq. Ona görə elə danışır. Amma dediklərində həqiqət var. Bu gün gül bazarında vəziyyət pisdir”.

Floristlərdən alıcıların ən çox hansı gülləri aldığını soruşanda  “Bu il heç bir dənə də süni gül satmamışıq. Hamı təbii güllərə üstünlük verir. Ən çox çöl gülləri alınır” dedi.

Digər florist müdaxilə edərək yarı zarafat, yarı ciddi:

 

“Aqil, olanı de də...Qəbirstanlıq gülləri alırlar”.

 

Aqressivliyə meylli cəmiyyət içində bu cür deyib-gülən, zarafatcıl, müştərilərə gülərüz münasibət göstərən gül salonu işçilərinin olduğunu görmək insanda yaxşı təəssürat yaradır.

 

Gül bazarında monopoliya var

 

“Grand Prix” adlı növbəti gül salonunun əməkdaşı ilə həmsöhbət olmaq istəsək də “mən siyasətə qarışmıram” deyib qırağa çəkildi. Amma alıcıların ucuza qaçdığını bildirib şikayətlənməyə başladı. Kamran adlı satıcının sözlərinə görə, əvvəllər 100-150 manatlıq gül buketləri alan var idisə, indi 10-25 manatlıq buketlərə üstünlük verirlər:

 

“Son iki ildir ki, gül bazarında alıcı qabiliyyəti zəifdir. Buketlərimizin qiyməti 10 manatdan 320 manata qədərdir. Amma indi hər kəs ucuza qaçır. Devalvasiya qiymətlərə də təsir etdi. Təsəvvür edin, topdan gül satanlar malın üstünə 50-60 qəpik qoyur. 700 ədəd qızılgülə 300 manat verirəm. Bu dəqiqə əksəriyyət qızılgülə üstünlük verir.

 

Digər sahələrdə olduğu kimi bu sahədə də monopoliya var. Şəhərdə iki-üç yer var ki, topdan gül satır. Onlar da öz aralarında razılaşıb konkret qiymət oxuyurlar. Qiymət artanda başqasına müraciət edə bilmirsən. Gül bazarını idarə edən var”.

 

Bu arada alıcıları müşahidə edən zaman onların da vəziyyətdən narazı olduğu hiss olunurdu. Büdcə ilə satıcı-alıcı arasındakı söhbət müddəti tərs mütənasib idi.

 

Yəni cibdə pul nə qədər azdırsa, söhbət bir o qədər uzanırdı. Bir tərəf malının dəyərini salmaq istəmir, digər tərəf  övladını göstərib onun xətrinə iki-üç manat güzəştə getməsini xahiş edir. Güllərin qiyməti 4 manatdan başlayırdı. Təbii, bu, bir gülün qiymətidir.

 

Ümumi vəziyyət ürəkaçan olmasa da, mövsüm olduğu üçün gül satanlar arı kimi işləyirdi. Təki iş olsun.

 


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Bakıda ağır qəza: 4 ölüdən biri tanınmaz hala düşdü - VİDEO
20.09.2018, 20:41

Bakıda ağır qəza: 4 ölüdən biri tanınmaz hala düşdü - VİDEO

Şeyxin Aşura aksiyası - Azərbaycanlılar kütləvi şəkildə qanverməyə qatılıb - VİDEO 
20.09.2018, 20:14

Şeyxin Aşura aksiyası - Azərbaycanlılar kütləvi şəkildə qanverməyə qatılıb - VİDEO 

Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı
20.09.2018, 20:03

Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı

Hərbi attaşe: Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik
20.09.2018, 19:55

Hərbi attaşe: Azərbaycanla əməkdaşlığı davam etdirmək niyyətindəyik

Azad Rəhimov: “Dünya çempionatının yüksək səviyyədə keçirilməsinə çalışırıq”
20.09.2018, 19:45

Azad Rəhimov: “Dünya çempionatının yüksək səviyyədə keçirilməsinə çalışırıq”

Erməni ekspert: Ermənistan Azərbaycana uduzur
20.09.2018, 19:26

Erməni ekspert: Ermənistan Azərbaycana uduzur

Azərbaycanda 835 dini qurum qeydiyyatdan keçib
20.09.2018, 19:02

Azərbaycanda 835 dini qurum qeydiyyatdan keçib

Sarayda yanğın - xəsarət alan var
20.09.2018, 18:56

Sarayda yanğın - xəsarət alan var

Sabah bu ərazilərdə su kəsiləcək
20.09.2018, 18:54

Sabah bu ərazilərdə su kəsiləcək

Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü
20.09.2018, 18:49

Argentina səfiri “Mədəniyyət Elçisi” fəxri adına layiq görüldü

Aksiya başa çatdı - 5539 nəfər qan VERDİ
20.09.2018, 18:39

Aksiya başa çatdı - 5539 nəfər qan VERDİ

Etimad İsmayılovun qatili hadisəni nəyə görə törətdiyini SÖYLƏDİ   
20.09.2018, 18:10

Etimad İsmayılovun qatili hadisəni nəyə görə törətdiyini SÖYLƏDİ  

“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu
20.09.2018, 18:03

“Nar” İsmayıllıda 4G şəbəkəsini qurdu

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ
20.09.2018, 17:59

“Xoşbəxt Yusifzadə bütün neftçilərin atası ola bilmədi” - Məşhur neftçinin MÜSAHİBƏSİ

Tramp bu dəfə Afrikada divar hörmək istəyir
20.09.2018, 17:58

Tramp bu dəfə Afrikada divar hörmək istəyir

İlham Əliyev maltalı həmkarını təbrik edib
20.09.2018, 17:58

İlham Əliyev maltalı həmkarını təbrik edib

Mehriban Əliyeva NATO baş katibinin müavinini qəbul edib
20.09.2018, 17:51

Mehriban Əliyeva NATO baş katibinin müavinini qəbul edib

Ədliyyə naziri 40 nəfəri işə götürdü, onlara rütbələr verdi
20.09.2018, 17:34

Ədliyyə naziri 40 nəfəri işə götürdü, onlara rütbələr verdi

“Qarabağ”ın bugünkü AvroLiqa oyununu hansı telekanal verəcək?
20.09.2018, 17:30

“Qarabağ”ın bugünkü AvroLiqa oyununu hansı telekanal verəcək?

Azərbaycan Prezidenti NATO nümayəndə heyətini qəbul edib 
20.09.2018, 17:25

Azərbaycan Prezidenti NATO nümayəndə heyətini qəbul edib 

İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - FOTO
20.09.2018, 17:24

İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib - FOTO

UEFA Ronalduya qarşı iş açdı
20.09.2018, 17:15

UEFA Ronalduya qarşı iş açdı

Manat və dolların sabahkı məzənnəsi
20.09.2018, 17:10

Manat və dolların sabahkı məzənnəsi

Aşura günü 2403 litr qan toplandı
20.09.2018, 17:09

Aşura günü 2403 litr qan toplandı

Akif Əlizadə medalla təltif olundu
20.09.2018, 16:59

Akif Əlizadə medalla təltif olundu

Aşura: Hansı müsəlman ölkəsi necə qeyd edir?
20.09.2018, 16:45

Aşura: Hansı müsəlman ölkəsi necə qeyd edir?

Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu
20.09.2018, 16:26

Qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutuldu

Zakir Həsənov təlimləri izlədi - FOTO
20.09.2018, 16:12

Zakir Həsənov təlimləri izlədi - FOTO

AQTA maarifləndirir - Agentlikdən uşaq qidaları ilə bağlı tövsiyə - Yeni RUBRİKA    
20.09.2018, 15:57

AQTA maarifləndirir - Agentlikdən uşaq qidaları ilə bağlı tövsiyə - Yeni RUBRİKA  

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi   
20.09.2018, 15:43

Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi  

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər
20.09.2018, 15:34

Azərbaycandan Ermənistana qaçanlar Yerevanda aksiya keçirdilər

Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq
20.09.2018, 15:30

Etimad İsmayılov sabah Nardaranda dəfn olunacaq

Ər-arvad qonşuları tərəfindən döyüldü
20.09.2018, 15:23

Ər-arvad qonşuları tərəfindən döyüldü

Tramp Paşinyanla görüşməyəcək
20.09.2018, 15:23

Tramp Paşinyanla görüşməyəcək

Rəsmi Bakı Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ ETDİ
20.09.2018, 15:14

Rəsmi Bakı Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ ETDİ

ARXİV