Modern.az

Xaricdən Aşıq Ədalətin dəfninə gəlmək istəyənlər çoxdur - AÇIQLAMA  

Xaricdən Aşıq Ədalətin dəfninə gəlmək istəyənlər çoxdur - AÇIQLAMA   

15 Sentyabr 2017, 11:02

“Aşıq Ədalət Qazaxda dəfn olunacaq. Artıq onun nəşi Qazaxdadır. Günorta saat 2-də dənf mərasimi baş tutacaq”. Bunu Modern.az-a açıqlamasında Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı deyib.


Birliyin sədri aşıq Ədalətin dəfnində iştirak edəcək qonaqlardan da danışıb.

“Aşıq Ədalətin dəfnində Azərbaycan Aşıqlar Birliyinin üzvləri, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri iştirak edəcək. Türkiyədən, İrandan qonaqlar gələ bilməyəcək. Çünki viza və yol məsələsi var. Amma aşığın vəfat etməsini eşidəndib xaricdən gəlmək istəyənlərin sayı çoxdur. Mərasimin 7-ci günündə həm Türkiyədən, həm də İrandan xeyli nümayəndə heyəti gələcək. Yas mərasimində iştirak etmək istəyənlər olduğundan müraciətlərin də sayı çoxdu”.

 Azərbaycanın əməkdar incəsənət xadimi Ədalət Nəsibov (Aşıq Ədalət) dünən 78 yaşında dünyasını dəyişib. Ustad sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, aşıq 1939-cu ildə Qazaxda dünyaya gəlib. Onun ustadı Aşıq Əli olub. Aşıq Ədalət "Qaytarma", "Baş sarıtel", "Ruhani", "Yanıq Kərəm" və başqa saz havalarını bənzərsiz ifaçılarındandır.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?