20 oktyabr 2017, Cümə
Ana Səhifə - REPORTAJ - Azərbaycan polisi körpə qızın taleyini necə dəyişdi - Bir dəhşətli hadisənin TƏFƏRRÜATI
Azərbaycan polisi körpə qızın taleyini necə dəyişdi - Bir dəhşətli hadisənin TƏFƏRRÜATI +
15.09.2017, 11:24

Adı Nişanədi.

Bu gün iki yaşı tamam olur. Onu təbrik edənlər arasında nə atası var, nə də anası. Anası məzardadı, atası Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki cəzaçəkmə müəssisəsində.

Hələ 18 il orada qalacaq. Çünki cəza çəkir. Nəyin cəzasını? Nişanənin anasını amansızcasına qətlə yetirməyin cəzasını. 2 aylıq körpəsini yetim qoymağın cəzası isə qanunla hələ müəyyən olunmayıb. Hələlik buna görə peşimançılıq çəkir. Buna görə cəzanı yəqin ki, 18 il sonra, həbsdən salamat çıxarsa, çəkməyə başlayacaq. Cinayətindən xəbər tutan övladının gözlərinə baxanda.

O nikahdan nişanə, o gecədən nişanə, bir atadan, bir anadan nişanə olan Nişanə artıq 2 yaşına çatıb. Barəsində eşidəndə onu görmək istədik. Qohumlarının himayəsində, 3 uşaqlı böyük bir ailənin çox kiçik kasıb komasında böyüyür. Anasının acı taleyindən, atasının amansız cinayətindən xəbərsiz. Amansız qətlin kiçik şahidi hələ o gecənin yükünü hiss etmir. Yəqin ağlı kəsəndə hiss edəcək. Hələlik “ata” deyə çağırdığı, “ana” deyə səslədiyi, bacı-qardaş bildiyi böyük bir  ailənin bir parçası kimi böyüyür.

Qan donduran gecə

Onun şahidi olduğu şaxtalı qış gecəsini isə Ucar rayonunun Türkəci kəndində hələ uzun illər xatırlayacaqlar. Həmin gecə ay bütöv idi, ya para, bilmirəm. Ümumiyyətlə, səmada ay vardımı, - onu da heç kim xatırlamır. Xatırlanan odu ki, Aytənin axan qanı nəinki yerdə, elə üzərindəcə donmuşdu. Qan içində olan saçları buz kəsmişdi. Nəfəsi kəsilmiş, bədəni çoxdan soyumuşdu. Cinayətkar isə hələ sakitləşməmişdi. Uşağı bacısı Afətin evinə aparıb bir il əvvəl ömür-gün yoldaşı olmaq üçün qaçırdığı, qaçıranda hələ nikah yaşı çatmayan, bir il sonra öldürəndə isə həm hamilə, həm də qucağıuşaqlı olan Aytənin qara xəbərini ilk bacısına çatdırmışdı.

Arvadınınboğazını çeynəyib öldürdü
 

Söhbət elə də uzaq keçmişdən deyil, cəmi 2 il əvvəl baş verən dəhşətli cinayətdən gedir.  “Arvadının başını asfalta vura-vura öldürən ər tutuldu – Ucarda dəhşətli cinayət”, - o məşum gecənin xəbəri mətbuatda bu başlıq altında əksini tapdı. 2 il əvvəl, 2015-ci ilin dekbrın 21-i gecəsi ərlə arvadın mübahisəsi qanla bitdi.

“Ucar rayonunun Bərgüşad kənd sakini Elman Abbasov DİN-in “102 Zəng Mərkəzi”nə zəng edərək Türkəci kəndində arvadı Aytənlə mübahisə etməsi ilə əlaqədar sonuncunun özünü yoldan keçən VAZ-2106 markalı avtomobilin altına atdığını, avtomobil hadisə yerindən uzaqlaşdıqdan sonra arvadına yaxınlaşıb onun başını asfalta vurduğunu bildirib. Hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları Aytən Səlimovanın meyitini aşkar ediblər. Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Elman Abbasov tutulub”.

Amma xəbərin əsli bundan ibarət deyildi. Aytən özünü avtomobilin altına atmamışdı. Elman əvvəlcə onun başını daşla əzib sonra öldüyünə əmin olmaq üçün boğazını bir neçə yerdən çeynəmişdi…

Başı əzilən, boğazı çeynənib qanı içilən o qadın bir ana idi. Evləndiyi gün həm də öldüyü gün oldu. Qucağında iki ay əvvəl dünyaya gətirdiyi bir körpəsi, bətnində böyüməkdə olan bir can vardı. O gecə, sadəcə bədənindən canı deyil, bağrından da körpəsi qoparıldı. Qatil ər ananın qucağından balasını götürüb bacısıgilə qayıtdı.
 


Cinayətə aparan səbəb – içki

O gecə ər-arvad körpələri ilə Elmanın bacısı Afətgildən qayıdırdılar. Artıq 10 gün olardı Elman qaynıgildə qalırdı. QaynıTeymur İsmayılov danışır ki, bunun səbəbi Elmanın ailəsinin oğlunu evdən qovmaları idi:
“Elmangil Bakıda yaşayırdı. Bir müddət idi ki, rayona qayıtmışdılar. Elmanın atasıgil Bərgüşad kəndində yaşayır. Atası onları qəbul etməmişdi. Evdən qovulduqdan sonra bizə gəlmişdilər. 10 gün idi bizdə qalırdılar. Düzü, heç yola getmirdilər. Qaynım çox içirdi. Elə həmin gün də içmişdi”.

Teymurun həyat yoldaşı, Elmanın isə bacısı Afət cinayətdən sonrakı mənzərəni danışanda hələ də səsi titrəyir:
“Həmin gün mənə araq aldırmışdı. İçən idi. Çox içirdi. Burada yoldaşımla yeyib-içdilər. Sonra gördüm yoxdu. Məlum oldu ki, qonşuluğumuzda yaşayan qayınatamgildədir. Qayınatam da içəndir. Bu dəfə onunla içirdi. Gedib zorla gətirdim. Bir azdan gördüm ki, Aytəni döyür. Yəqin Aytən ərinə irad tutmuşdu içməyini. Əslində, çox sakit, fağır qız idi. Qardaşım onu həmişə döyürdü. Üstəlik, günahsız yerə. İstədim sakitləşdirəm. İrad tutdum ki, yazıq qızı niyə döyür. Mənə də hirsləndi. Əlini masaya vurdu. Kükrədi. Süfrəmizə, çörəyimizə söyüb Aytənə yığışmağını söylədi. Uşağını, arvadını da götürüb hirsli vəziyyətdə çıxdı. Hardan biləydim belə olacağını. Arxalarınca çıxa bilmədim. Mənim də körpə uşaqlarım vardı. Qoyub çıxa da bilməzdim heç. Bir az sonra ağzı, üzü qan içində qayıtdı. Uşağı qucağıma basıb Aytəni öldürdüyünü dedi. Qan uşağa da bulaşmışdı. Elman özü isə dəhşət içərisindəydi. “Öldürdüm”, -  deyib özünü yerə çırpırdı. Uşağı yoldaşımın yanında qoyub yola çıxdım. Maşın yoluna xeyli məsafə var. Meyit də elə həmin yoldaydı. Gedib gördüm. Aytən qan içində yatırdı. Saçlarına qədər donmuşdu. Əl vurmaq olmurdu. Bədəni də soyumuşdu artıq. Qorxdum. Evə qaçmaq istədim. Birdən ağlıma gəldi ki, bəlkə uşağı da öldürüb. Qan içində qucağıma basdığı uşağın sağ olub-olmadığına fikir verməmişdim. Qardaşım arxadan çiynimdən yapışdı. Ağzı qan içində mənə qışqırdı ki: “Məni qoyub hara gedirsən?”.
Elə bildim məni də öldürəcək. Həyəcanla əlindən çıxıb qaçdım. Evə gəldim. Təcili yardıma və polisə zəng etdik. O gecə qaranlıq olduğu üçün Aytənin boğazındakı yara izlərini görməmişdim. Sonradan şəkillərdə gördüm. Bir neçə yerdən boğazını çeynəmişdi”.

Arvadının boğazını çeynəyə-çeynəyə öldürən ərin cinayətinə görə cavab verməyə cəsarəti çatmamışdı. Gecənin şaxtası, öz vəhşiliyinin dəhşəti arvadı üzərindəki “hünərli” görkəminə sirayət etmişdi. Bir az əvvəlki ipə-sapa yatmaz, dəliqanlı halından əsər-əlamət qalmamış, hadisə yerindən qorxaqcasına qaçmışdı. Amma hadisə yerində buza dönən bir cəsəd və törədilən cinayətin isti izləri qalırdı... Elə o isti izlərlə arvadını öldürənin ər olduğunu aydınlaşdırmaq çətin olmadı. Polis bütün rayon ərazisini mühasirəyə alaraq qaçaq, cani əri axtarırdı. O isə qaçırdı. Cinayətindən, cəzasından qaçır, qaça biləcəyini düşünürdü. Təlaşla qaçarkən kanala düşüb paltarlarını islatmışdı. Şaxtalı qış günü islaq paltarda nə qədər gizlənmək olardı ki? Qan donduran şaxta islaq paltardakı insan bədəninə buzdan paltar biçərdi. Bunu dərk edən E.Abbasov islanmış paltarlarını dəyişmək üçün bacısının evinə qayıtdı. Amma ağlına gəlməyən başına gəldi. Azərbaycan polisinin həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində yaxalandı.

Cinayətin izi isti qalsa da, hadisənin izi dərhal dondu. Təkcə cinayətkarın, bu cinayətin azsaylı şahidlərinin yox, eşidib bilənlərin, gəlib görənlərin yaddaşındaca donub qaldı.

Hara gedəcəyini özün bilmirsənsə...

Elmangil o gecə bacısıgildən çıxanda hara gedəcəklərini bilmirdilər. İnsan gedəcəyi yeri özü bilmirsə, fələyin sürüklədiyi yönə dönəcəyi şübhə doğurmur. Elman qovulduğu atasıgilə qayıtmaqda, Aytən isə öz atasının evinə getməkdə israr etdi. Artıq yolları özləri də bilmədən ayrılmışdı. Odur ki, cinayətlə nəticələnən həmin mübahisədən geriyə bir məzar, bir yetim körpə, bir də böyük bir peşmanlıq qaldı. Amma çifayda. Sonrakı peşmanlıq indiyədək bir fayda verməyib.


Nişanə o gecənin tək təsəllisi oldu
 

Amma yaxşı ki, bir məsələdə - Nişanənin taleyinə qərar verilərkən peşmançılıq olmadı.

Teymurla Afət özünün 3 övladından sonra dördüncü uşağın da bu ailənin bir üzvü olmasına qərar verəndə hələ də tərəddüd içindəydilər. Çünki bu qərarı vermək elə də asan deyildi.

Ucar rayon Polis şöbəsindəki o rəis müavini olmasaydı, Nişanə nəinki bacıya qardaşından, anaya qızından nişanə qalacaqdı, bəlkə onun özündən belə geriyə bir nişanə qalmayacaqdı... 

O gecənin yaratdığı fəlakətin təsiri bitmədən dərdi başladı. Ortada qalan bir körpənin taleyini həll etmək lazım idi. Ya yaxınlarından biri onu öz himayəsinə götürəcək, ya da körpələr evinə veriləcəkdi. Beləcə, fələyin ona vurduğu zərbələr davam edəcək, doğulduğu günü belə bilməyəcək, aid olduğu ailəni, ondan xəbərsiz böyüyən nəslini tanımadan, ata sığalından, ana qucağından, qardaş-bacı sevgisindən xəbərsiz böyüyəcəkdi. Məhz belə də olacaqdı. Çünki onu öz himayəsinə götürməyə təşəbbüs göstərən yox idi.

Gecədən polis şöbəsindəydilər. Nişanənin başını şirinçayla qatıb səhərəcən saxlamışdılar. Bəc bundan sonra? Bundan sonrasını Ucar rayon polis şöbəsində daha aydın təsəvvür edirdilər. Uşaq körpələr evinə veriləcəkdi.

Ucar rayon Polis Şöbəsinin rəis müavinin təklifi dünyada baş verənlərdən xəbərsiz, hələ adı da qoyulmamış körpənin taleyini dəyişdi. Afətin sözlərinə görə, rəis müavini əvvəlcə onun qardaşlarından xahiş etdi ki, körpəni ortada buraxmasınlar. “Qardaşınızın balasıdır, evinizin bir uşağı da bu olsun. Körpələr evinə verilməsin”, - deyə qardaşlarımın ikisindən də xahiş etdi”.

Elmanın qardaşları onun balaca qızını himayə etməyə hazır deyildi. Böyük əmisi qəti surətdə ondan imtina etdi: “Onu mənə versəniz, pəncərədən aşağı atacam”, - dedi.

“Rəis müavini biləndə ki, uşağın bibisiyəm, bu dəfə məndən xahiş etdi. Dedi ki: “Qardaşların uşaqdan imtina edib. Xahiş edirəm, uşağa sən sahib çıx”.
Tərəddüd edirdim. Əvvəla, yoldaşım da buna razı olmalıydı. İkincisi, imkansız ailəyik. Öz uşaqlarımıza zorla baxırıq. Üçüncüsü, anasız bir uşağa necə baxa bilərəm? Uşaq da südəmər idi. Tərəddüdlərimi açıq şəkildə dedim rəis müavininə. Cavabı o gün məni çaşdırdı. Çox təəccüblənmişdim. “Mən də dəstək verəcəm. Uşağa nə lazımdırsa, alacam. Südünü alacam, böyütməyinizə kömək edəcəm”, - dedi. Heç inana bilmədim. Həmin gün bizi evə maşınla yola saldı. Maşını aptekdən sürdürdü. Uşağa lazım olan nəm salfetə qədər aldırdı. Düşünürdüm ki, sözdü də dedi, bir neçə ay kömək edər, sonra unudar. Amma unutmadı. Hətta rayondan harasa başqa bir yerə göndərdilər. Daha bu rayonda rəis müavini deyil. Özü burda yoxdur, ancaq hər ay evimizə Nişanə üçün ərzaq gəlir. Nəinki Nişanəyə, bütün ailənin dolanışığına kömək edəcək qədər ərzaq alırıq ondan. O, yerdəki dayağımız oldu. Köməyi qalsın bir yana, Nişanəni bizə qazandırdığı üçün özümü ona bir ömür boyu borclu sayıram. Ləyaqətli polis qardaşımın harda olduğunu bilmirəm, amma hər gün ona dua edirəm. Dua edirəm ki, harda olursa olsun, bizə etdiyi bu böyük yaxşılığın qarşılığını görsün. Allah onun da qarşısına çıxarsın bu böyüklüyünün əvəzini. Hər Nişanəyə baxanda onun mənə elədiyi yaxşılıq ağlıma gəlir və hər dəfə də ona dua edirəm. Ümid edirəm, dualarımı həyatında, işində hiss edər”, - deyən Afət Nişanəni özünün  dünyaya gətirdiyi uşaqlardan fərqləndirmədiyini söyləyir: “Öz uşaqlarıma bəlkə də Nişanə qədər diqqət göstərmirəm. Onun ağrısını, narahatlığını sanki öz üzərimdə hiss edirəm. Allah qardaşımın qapısını açsın, amma hərdən ürəyimdə onun çıxacağından qorxuram sanki. Çıxıb gəlsə, uşağı əlimdən alar deyə səksəkəliyəm. Ancaq vermərəm. Uşağı qəyyumluğa götürmüşük. Bütün sənədlərini özümüz almışıq. Adını da mən qoymuşam. İndi də iki yaşını qeyd edəcəyik”.

 


Polisdən təəccüb doğuran davranış

Ailədən ayrıldıq. Kasib komalarında dövlətin ayırdığı sosial yardımla dolanan, sadəcə “rəis müavini” kimi tanıdıqları insanın xeyirxahlığı nəticəsində başladıqları missiyanı başa çatdırmağa çalışan gənc ailəni 4 balası, onların problemləri ilə baş-başa buraxdıq.

Bəs, bir ailənin adını minnətdarlıqla andığı keçmiş rəis müavini indi, görəsən, hardadır?

DİN-in mətbuat xidmətindən əldə etdiyimiz məlumata görə, keçmiş rəis müavini hazırda ölkə hüdudlarından kənarda xidmətini davam etdirir.

Bir körpənin taleyini dəyişən xeyirxahlıq sahibini axtarıb tapmamaq olmazdı. Tapdıq da. Di gəl, o, elədiyinin qeyri-adi davranış olmadığını və bunun xüsusi xidmət kimi təqdim olunmasını istəmədiyini, yazıda adının çəkilməsinin qəti əleyhinə olduğunu bildirdi. Barəsində eşitdiklərimizdən sonra özündən aldığımız bu cavab bizim üçün təəccüb üstünə təəccüb doğurdu. Polis ola, xeyirxahlıq edə və bunu hamıdan gizləyə!

Onu da qeyd edim ki, Ucar rayon Polis Şöbəsindən barəsində məlumat əldə etməyə çalışdığımız polis polkovnik leytenantı olan rəis müavininin xidmət dövründə belə addımlarının tez-tez şahidi olduqlarını söylədilər.

Polisin xeyirxah, xilasedici obrazı hələ çoxumuza qəribə gəlsə də, lakin son vaxtlar belə xəbərlərin sayının çoxalması insanın qəlbini fərəhlə doldurur, Azərbaycan polisinə etibar və güvəni artırır. Axı ölkə polisinin yaxşı sorağını almaq hər bir vətəndaşı sevindirir.

Ruhiyyə Daşsalahlı


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Tural
15.09.2017, 15:22

Çox təsirləndim. Çox bədii və təsir edəcək şəkildə yazılıb.

Həyat xanım
16.09.2017, 19:15

Kasıbdırlar. Qadın da tez-tez vurğulayır. Amma evin kişisi araqsız da qalmır. həmin məşum gecə birlikdə içmirdilərmi...

Babek Babayev
17.09.2017, 09:49

Azerbaycannin huquq muhafize orqanlarinin emekdashlari peshekar ve vetenperverdi, bu meqale bir daha subut edir ki polisde cox sherefli ve vetenperver vetendashlarimiz fealiyyet gosterir. Umumiyyetle Azerbaycanin huquq muhafize orqanlari bir cox olkelerin huquq muhafize orqanlarina esl ornekdi.

Sabir
19.09.2017, 06:18

Çox təsirli məqalədi. Yazı uslubundan hiss olunur ki reportajı qələmə alan Ruhiyyə xanım peşəkar və vətənpərvər jurnalıstdir. Yazıdan göründüyü kimi burda bir uşağın həyatı tamamən dəyişir və eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyi sistemində bacarıqlı, nümunəvi, əxlaqlı, Polis adını və şərəfini uca tutan vətənpərvər zabitlər xidmət edir. İlk əvvəl yazını qələmə alan Ruhiyyə xanıma təşəkkür edirəm, sonra, belə bir qatil qardaşın övladını qəyyumluğa götürüb ona öz ovladı kimi baxan Nişanənin bibisinə təşəkkür edirəm, daha sonra, Nişanənin bibisini bu işə təşviq edib 2 aylıq körpənin kimsəsizlər evinə duşməsinin qarşısını alan, ona yenidən ana qucağı bəxş edən və böyüməsinə maddi yardım göstərən rəis müaviniə təşəkkür edirəm və ən nəhayət bələ bir ləyaqətli Polis işçilərini sıralarında birləşdirən Daxili İşlər Nazirliyinə, başda nazir Ramil Usubov olmaqla nazirliyin bütün rəhbər heyətinə sonsuz təşəkkürlərimi bildirirəm. Azərbaycan polisinə eşq olsun!!!

Azad Muradov
19.09.2017, 15:36

Cox tesirlendim, halal olsun reis muavinine. Halal olsun onu boyudub terbiye eden ataya-anana. Halal olsun onu yetishdiren dovlete. Halal olsun Daxili ishler Nazirliyinin rehberliyine ve kollektivine.

Seva Mamedova
23.09.2017, 05:42

Aferin, yaxshi ki polisde xidmet eden bele xeyirxah insanlar var. Allah korpenin bextini aciq elesin.

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 
20.10.2017, 14:08

Gələn il ipotekaya ayrılacaq pulun MƏBLƏĞİ 

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq
20.10.2017, 13:58

Büdcədən AXC-nin 100 illiyi üçün 5 milyon manat ayrılacaq

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”
20.10.2017, 13:53

Niderland səfiri: “Azərbaycan kimi biz də böyük güclərlə əhatə olunmuşuq”

CİA: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”
20.10.2017, 13:39

CİA: “ABŞ Şimali Koreyanın nüvə zərbələrinə hazır olmalıdır”

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı    
20.10.2017, 13:33

3 məsələ Milli Məclisin gündəliyindən çıxarıldı  

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI
20.10.2017, 13:27

Deputat dövlət orqanlarını şəkillərə görə hörmətsizlikdə SUÇLADI

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...
20.10.2017, 13:19

Naxçıvandakı hərbi potensial işə düşsə, Ermənistanda daş-daş üstə qalmayacaq...

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib
20.10.2017, 13:17

Poçt xidmətinin əhatə dairəsi dəqiqləşib

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi
20.10.2017, 13:13

Əcnəbilərin Azərbaycanda yaşaması üçün tələblər dəyişdi

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı   
20.10.2017, 13:12

Bakıda həyət evlərindən oğurluq edən yaxalandı  

Milli Məclis yeni medal təsis etdi
20.10.2017, 13:11

Milli Məclis yeni medal təsis etdi

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi   
20.10.2017, 13:07

Putin Ramazan Abdulatipova yeni vəzifə verdi  

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi
20.10.2017, 13:06

Deputat təklif verdi, Oqtay Əsədov “onsuz da xeyri yoxdur” dedi

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ
20.10.2017, 13:01

“Əks addım atmalıyıq” – Deputatdan ÇAĞIRIŞ

Naxçıvanın Konstitusiyası dəyişdi
20.10.2017, 12:56

Naxçıvanın Konstitusiyası dəyişdi

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  
20.10.2017, 12:55

Məşhur bəstəkarlar: “İndi Şövkət Ələkbərova səviyyəsində müğənni tanımırıq”  

Sumqayıtda polis oğrunu tutdu
20.10.2017, 12:51

Sumqayıtda polis oğrunu tutdu

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”
20.10.2017, 12:50

“İqtisad Məhkəməsi Ali Məhkəmənin əleyhinə qərar çıxarıb, buna Avropa Şurası neyləsin?”

Sabahın hava proqnozu AÇIQLANDI
20.10.2017, 12:48

Sabahın hava proqnozu AÇIQLANDI

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu
20.10.2017, 12:35

2018-ci ilin dövlət büdcəsinin bütün GÖSTƏRİCİLƏRİ bəlli oldu

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”
20.10.2017, 12:31

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO
20.10.2017, 12:24

Sumqayıtda İran vətəndaşını öldürən dəstənin qadın üzvü də tutuldu - FOTO

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi
20.10.2017, 12:22

Səməd Seyidov Milli Məclisdə AŞPA-nı sərt tənqid etdi

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO
20.10.2017, 12:14

İlham Əliyev və Ərdoğanın iştirakı ilə D-8 Zirvə görüşü başladı - FOTO

Şamaxıda avtomobil aşdı, sürücü öldü
20.10.2017, 12:13

Şamaxıda avtomobil aşdı, sürücü öldü

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı
20.10.2017, 12:03

“Bakıda böyük partlayış olacaq” - Əməkdar memar HƏYƏCAN TƏBİLİ çaldı

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA
20.10.2017, 11:56

Sarkisyan Ermənistanın yeni baş naziri olacaq - İDDİA

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq
20.10.2017, 11:35

UNEC alimi Harvard Universitetində tədqiqat aparacaq

Kərkük yaxınlığında silahlı toqquşma baş verib
20.10.2017, 11:31

Kərkük yaxınlığında silahlı toqquşma baş verib

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi
20.10.2017, 11:27

Tələbə qəbulu qaydalarında dəyişiklik edildi

DİM: Balların hesablanması qaydası dəyişəcək
20.10.2017, 11:23

DİM: Balların hesablanması qaydası dəyişəcək

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub
20.10.2017, 11:21

Bakıda yüksək vəzifəli məmurun kürəkəni narkotiklə tutulub

Leyla Əliyeva Musiqili Teatrda olub
20.10.2017, 11:19

Leyla Əliyeva Musiqili Teatrda olub

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi
20.10.2017, 11:11

İnternetimiz niyə zəifdir? - Baş redaktorlar şikayət etdi, provayderlər susdu, ekspert yol göstərdi

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı
20.10.2017, 11:05

Gürcüstandakı səfirliyimiz azərbaycanlı namizədin güllələnməsinə görə işə qarışdı

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.12%)
“Azərişıq”(27.1%)
“Azərsu”(11.2%)
“Azəristiliktəchizat”(3.07%)
Heç biri(53.3%)