Modern.az

Rəqabət Məcəlləsi ilə bağlı mübahisə yaranıb

Rəqabət Məcəlləsi ilə bağlı mübahisə yaranıb

Aktual

15 Sentyabr 2017, 11:26

“Rəqabət Məcəlləsinin hazırlanması ilə bağlı bu yaxınlarda mənim Prezident Administrasiyasının rəsmisi ilə görüşüm oldu. Rəqabət Məcəlləsi ilə əlaqədar olaraq, qanunda bir neçə mübahisəli məsələlər var. Bu istiqamətdə çox ciddi işlər aparılır”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

 

Deputat komitənin iclasında bildirib ki, əsas söhbət, Rəqabət Məcəlləsinin qəbulu ilə əlaqədar müvafiq orqan yaradılıb yaradılmaması ilə bağlıdır.

 

“Bu məsələ ətrafında mübahisə gedir. Mənə elə gəlir ki, bu Strateji Yol Xəritəsinin monitorinqində Rəqabət Məcəlləsinin qəbulunun tezləşdirilməsi öz əksini tapıb”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir