Modern.az

Deputat bank rəhbərlərini Milli Məclisə çağırdı

Deputat bank rəhbərlərini Milli Məclisə çağırdı

15 Sentyabr 2017, 11:54

“Artıq Azərbaycanda insanların banklara olan kredit borcu 1,8 milyard manata yaxınlaşıb. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat  Vahid Əhmədov deyib.

 

Deputat bildirib ki, keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da  artır.

 

“Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik.

 

Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir?”

 

V. Əhmədov söyləyib ki,  banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir.

 

“ Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Ziyad müəllim, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir.

 

Mən Əli Məsimli ilə də dollarla olan kreditlər barədə təkliflər verdim. Amma atdılar arxa yeşiyə, heç onlara baxan da yoxdur. İnsanlar kreditlərini verə bilmir. Bununla əlaqədar məhkəmələrdə nə qədər iş var. İnsanların maşınların, evlərin, mülklərin əllərindən alırlar, həbs qoyurlar. Biz bu sistemlə əhalini özümüzdən küsdürə bilərik axı”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi