Modern.az

London metrosundakı terroru İŞİD törədib: 29 yaralı, Yenilənib - VİDEO

London metrosundakı terroru İŞİD törədib: 29 yaralı, Yenilənib - VİDEO

15 Sentyabr 2017, 23:27

İŞİD terror qruplaşması London metrosundakı partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, London metrosunun "Parsons Green” stansiyasında törədilən partlayış nəticəsində 29 nəfər xəsarət alıb.

 

22:04

 

London metrosunda törədilən terror aktında yaralananların sayı 29-a çatıb. Modern.az "RİA Novosti"yə xəbər verir ki, bundan əvvəl 22 nəfərin yaralandığı bildirilirdi.

 

Məlumata görə, xəsarət alanların həyatlarına hələlik təhlükə yoxdur. Polis hadisəni terror aktı kimi qiymətləndirib. Skotland-Yarddan bildirilib ki, qatarda yerləşdirilən əldəqayırma partlayıcı qurğu tam işə düşməyib. Cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyənləşdirilib, onun adı hələ ki, açıqlanmır.

 

Qeyd edək ki, London metrosunun "Parsons Green” stansiyasında partlayış bu gün, səhər saatlarında baş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi