Modern.az

Xoşbəxtliyə ən uzaq xəyal kimi baxan insanların yaşadığı ölkələr - SİYAHI

Xoşbəxtliyə ən uzaq xəyal kimi baxan insanların yaşadığı ölkələr - SİYAHI

16 Sentyabr 2017, 00:07

Birləşmiş Millətlər Təşkilatının 2012-ci ildən etibarən apardığı Davamlı İnkişaf Həlli Yolları Şəbəkəsi (SDSN) dünyanın ən xoşbəxt və bədbəxt ölkələrinin siyahısını açıqlayıb. 

 

Siyahı hazırlanarkən, həmin ölkələrdəki iqtisadi, sosial rifah, sabitlik, insanların təhsil və səhiyyə sahələrindəki aktiv və passivliyi, bir sözlə, bir çox mexanizmlər əsas götürülüb.

 

Siyahı hazırlanan zaman 50 ölkə xoşbəxt olmayan insanların yaşadığı məkan kimi qiymətləndirilib. Təbii ki, siyahının böyük hissəsində Afrika ölkələri qərar tutub. Əllilikdə Cənubi Amerika və Asiyadan da olan ölkələr var. Amma nə qədər qəribə də olsa, Albaniya ilə Ukrayna kimi Avropa dövlətlərinin də adı burada hallanır. Bədbəxt insanların yaşadığı ölkələr sırasında Ermənistanın da adı var.

 

Modern.az siyahının ilk onluğunda yer alan ölkələri təqdim edir: Haiti, Yəmən, Cənubi Sudan, Liberiya, Qvineya, Toqo, Ruanda, Suriya, Tanzaniya və Burundi.

 

N.Nihad

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər