Modern.az

BMT-də dünya liderlərinin toplantısında Azərbaycanı kimlər təmsil edəcək...

BMT-də dünya liderlərinin toplantısında Azərbaycanı kimlər təmsil edəcək...

16 Sentyabr 2017, 11:16

BMT Baş Assambleyasının  72-ci sessiyası  artıq öz işinə başlayıb. Sloveniyanın xarici işlər naziri Miroslav Layçak sədrliyi ilə bir il ərzində Baş Assambleyada 160 məsələyə baxılacaq. Bunlar arasında Afrikanın inkişafı, terrorçuluqla mübarizə, narkotiklərə nəzarət, insan haqları və sair məsələlər var.

 

19-25 sentyabrda isə dövlət, hökumət və xarici işlər nazirlikləri başçılarının toplanışı ilə yüksək səviyyəli ümumi siyasi müzakirələr aparılacaq.

 

Bəs  Azərbaycan nümayəndə heyətindən bu iclaslarda kimlər iştirak edəcək?

 

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN)  mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlama verib.

 

XİN rəsmisi bildirib ki, sessiyanın ümumi müzakirələr hissəsində digər dövlətlərin nümayəndə heyətləri iştirak edəcək.

 

“Amma iclasda iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibi barədə əlavə məlumat veriləcək. Bu iclaslarda xarici işlər nazirllikləri başçılarının müxtəlif səviyyəli görüşləri olacaq. Bu barədə əlavə məlumat veriləcək”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər