Modern.az

2018-ci ilin dövlət büdcəsi – sosial sahəyə 35, hərbi sahəyə isə 15 faiz pul ayrıla bilər

2018-ci ilin dövlət büdcəsi – sosial sahəyə 35, hərbi sahəyə isə 15 faiz pul ayrıla bilər

Parlament

16 Sentyabr 2017, 12:32

“2017-ci ildə olduğu kimi 2018-ci ilin dövlət büdcəsində də neftin 40 dollardan götürmək lazımdır. Çünki gedən proseslər göstərir ki, neftin qiyməti 45-50 dollar səviyyəsində olacaq.  Ona görə ki, Suriya, İran, ərəb ölkələrindəki  hadisələrlə bağlı məsələlər var. İnanmıram ki, neftin qiymətində yüksəliş olsun”.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a 2018-ci ilin dövlət büdcəsindəki gözləntiləri şərh edərkən deyib.

 

Deputat hesab edir ki,  “2018-ci ilin  dövlət büdcəsi haqqında” qanun layihəsində sosial sahəyə 33-35 faiz maliyyə vəsaiti ayrılması nəzərdə tutulub.

 

“Cənab Prezident əsasən sosial sahələrə daha çox üstünlük verir.Yəni, pensiya, əmək haqqı, məktəb, xəstəxana tikintisi və digər sosial yönümlü sahələrə daha çox diqqət ayrılır. Hesab edirəm ki, hərbi sahəyə də büdcənin 13-15 faizi civarında vəsait ayrılacaq.

 

2018-ci ilin  dövlət büdcəsinin həcminin isə nə qədər olacağı barədə məlumatım yoxdur”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər