Modern.az

Bahar Muradova gənc fəalların həbsinə münasibət bildirib

Bahar Muradova gənc fəalların həbsinə münasibət bildirib

17 Noyabr 2009, 17:14

Milli Məclisin vitse-spikeri Bahar Muradova gənc fəallar Emin Milli və Adnan Hacızadənin azadlıqdan məhrum edilməsi məsələsinə və etiraz bəyanatlarına münasibət bildirib.
Jurnalistlərə açıqlamasında B.Muradova deyib ki,E.Milli ilə A.Hacızadənin işi üzrə istintaqın və məhkəmənin gedişi zamanı, məhkəmə başa çatandan sonra verilən etiraz bəyanatları işə təsir göstərməyən hay-küylərdir.
Məhkəmələrin, istintaqın, hüquq-mühafizə orqanlarının öz vəzifələrini müstəqil yerinə yetirməsini istəyən şəxslərin bu formada təzyiqlərin əleyhinə olmasını vacib sayan, təzyiqləri qəbuledilməz adlandıran B.Muradova bildirib ki, hər kəsin məhkəmə hökmündən şikayət vermək ixtiyarı var, kim hüquqlarının pozulduğunu düşünürsə, bu yolla hüquqlarının bərpasına çalışmalıdır, daha təzyiqlər yoluyla yox.
Təzyiq cəhdlərinin onsuz da təsirsiz olduğunu vurğulayan B.Muradovanın sözlərinə görə, ölkə rəhbərliyi bu cür işlərə müdaxilə etsə, onda belə çıxar ki, Azərbaycanda hökumət, hakimiyyət məhkəmələrin və hüquq-mühafizə orqanlarının işini idarə edir.


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?