Modern.az

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

Tələbələrin çoxdan gözlədiyi qanun qəbul edilməlidir – Deputatdan ÇAĞIRIŞ

16 Sentyabr 2017, 15:16

“Test üsulu ilə qəbul imtahanlarının aparılması çox yaxşı haldır. Mən bunu hər zaman dəstəkləmişəm. Çünki biz sovet dövründə universitetlərə qəbul imtahanlarının necə aprıldığını çox gözəl bilirik.

 

Lakin abituriyentlər min bir əzaba qatlanaraq universitetə daxil olurlar və təhsil haqqlarını ödəyə bilmirlər, tələbə kimi yaşamalarına vəsaitləri çatmır. Məcbur olub universitetlərə getmirlər”.

 

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında deyib.

 

Deputat bildirib ki, universitetlərdə təhsil haqqı ödənişləri çox yüksəkdir.

 

“Ona görə də Azərbaycanda “Təhsil kreditləri haqqında” qanun qəbul edilməlidir. Bu qanun qəbul edildikdən sonra tələbələr rahat bir şəkildə təhsil kreditləri götürə biləcəklər. Bu vəsaitin qaytarılması prosesi isə həmin şəxslərin işə daxil olmasından sonra başlayacaq. Belə qanunlar dünyanın bir çox ölkələrində var. Biz burada dövlətin üzərinə bir şey  qoymuruq.  

 

“Təhsil kreditləri haqqında” qanun qəbul edildikdən sonra bütün banklar tələbələrə kredit verə biləcəklər. Yəni qanun istər dövlət, istərsə də kommersiya banklarına şamil ediləcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?