Modern.az

22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb - VİDEO

22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb - VİDEO

16 Sentyabr 2017, 22:52

Sumqayıtda 22 yaşlı qadın körpəsi ilə birgə yoxa çıxıb. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini Xanım Aslanova sentyabrın 4-də ər evindən ata evinə qayıdıb. Elə həmin gün də iki azyaşlı uşağından kiçiyini, 8 aylıq körpəsini də götürərərk evi tərk edib.

 

Anası Sevinc Mansurova deyir ki, qızı yoxa çıxmamışdan bir gün qabaq əri və qayınansı ilə birgə onlara gəliblər. Nə baş veribsə elə həmin gecə baş verib. Səhəri gün tezdən qızı Corat bağlarında yaşayan atası evinə qayıdıb və heç kəsə heç nə demədən körpəsi ilə birlikdə yoxa çıxıb. Beləliklə, 12 gündür ki, Xanım Aslanovadan xəbər yoxdur.

 

Xanım Aslanova 4 ildir ki, ailəlidir. Evlilikdən bir qız və bir oğlan övladı var. Valideynləri qızlarının tezliklə geri qayıdacaqlarına inandıqlarını deyirlər.

 

Məsələ ilə bağlı itkin qadının həyat yoldaşı Tural Aslanovla telefon əlaqəsi saxladıq. O bildirdi ki, həyat yoldaşı ilə aralarında heç bir problem olmayıb. Həmişəki kimi normal qaydada atası evinə gedib və oradan da yoxa çıxıb. Özü də hər kəs kimi elə o vaxtdan axtarışdadır.

 

22 yaşlı Xanım Aslanovanın itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib. Onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir