Modern.az

Ad günündə səfərdə olan deputat “Dəbdəbəli doğum günləri keçirməyi sevmirəm”

Ad günündə səfərdə olan deputat “Dəbdəbəli doğum günləri keçirməyi sevmirəm”

17 Sentyabr 2017, 12:22

Bu gün Milli Məclisin Gənclər və İdman komitəsinin sədr müavini, deputat Ülvi Quliyevin 51 yaşı tamam olur.

 

Bu münasibətlə Modern.az saytı səbəbkarla əlaqə saxlayıb. O, saytımıza açıqlamasında ölkədən kənarda oldğunu bildirib.

“Hazırda Türkmənistanda rəsmi səfərdəyik. Bir neçə deputatla bura yollanmışıq. Cənab sədr burdadır. Biz də onu müşaiyət edirik. İdman və Gənclər Naziri Azad Rəhimov da burdadır. Dostlar, qohumlar çox sağ olsunlar ki, zəng edib təbrik edirlər. Amma ad günümü qeyd etmək barədə düşünmürəm”.

 

Deputat dəbdəbəli ad günləri keçirmədiyini deyib.

“Dəbdəbəli ad günləri keçirməyi sevmirəm. İstisna hallar yubiley doğum günlərində ola bilər. Məsələn, ötən il 50 illiyimi ailə və dostların əhatəsində qeyd etmişdim. Amma hər zaman təmtəraqlı doğum günləri keçirməkdən uzaq olmuşam”.

 

Qeyd edək ki, Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakıda  anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.

 

2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən parlamentə seçilib.

Ailəlidir, 2 övladı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?