Modern.az

AZAL-dan təxirə salınmış London reysi ilə bağlı AÇIQLAMA

AZAL-dan təxirə salınmış London reysi ilə bağlı AÇIQLAMA

17 Sentyabr 2017, 14:35

“Azərbaycan Hava Yolları” (AZAL) QSC sentyabrın 16-da təxirə salınmış Bakı-London reysi ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, şirkət reysin təxirə salınmasını slot vaxtının bitməsilə əlaqələndirib:

 

“Sentyabrın 16-da AZAL J2-007 (Bakı-London) reysində texniki səbəbdən yaranan gecikmə ilə əlaqədar olaraq, bu reysin Londona gəlməsi Hitrou Hava Limanı (LHR) tərəfindən slot vaxtının bitməsi səbəbindən ləğv olunub. Bu reys Bakı vaxtı ilə bu gün saat 18:05-ə planlaşdırılan reys ilə birləşdiriləcək. Təyyarənin yerli vaxtla saat 21:05-də Londona enməsiplanlaşdırılır. Gecikən sərnişinlər öz istəkləri ilə digəraviaşirkətlərin təyyarələri ilə Bakıya göndərilib, həmçinin oteldəyerləşdirilib.

”AZAL yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır