Modern.az

DİREKTOR: Bizim velosipedləri “Sədərək”dəki kitay malı ilə eyniləşdirməyin

DİREKTOR: Bizim velosipedləri “Sədərək”dəki kitay malı ilə eyniləşdirməyin

Aktual

17 Sentyabr 2017, 16:49

2017-ci ilin iylun ayından etibarən velosipedləri geniş kütləyə təqdim edən “İSMA Bikes” velosiped zavodu tam gücü ilə fəaliyyətdədir.

 

Bu barədə Modern.az-a məlumat verən zavodun direktoru Elçin Qəhrəmanov gözləntilərin özünü doğrultduğunu bildirib:

 

“Hazırda zavod tam gücü ilə çalışır. Hələlik 30 əməkdaşımz var. Tayvan, Hollandiya, Moldovadan gələn mütəxəssislər bizim işçilərlə bərabər çalışırlarGündəlik 50-60 velospied istehsal edirik. Qiymətlər də hər cibə uyğundur. Xarici velosipedlərlə müqayisədə zavodumuzun istehsalı olan velosipedlər qat-qat ucuzdur. O ki, qaldı Sədərkdəki kitay malı ilə müqayisəyə, biz o cür zay mal buraxmaq niyyətində deyilik. Satdığımız velosipedlərin ramasına bir il zəmanət verilir. Zavodda əymə və qaynaq dəzgahları, istehsal və yığım xətləri, konveyerlər və rəngləmə kameraları mövcuddur. İstifadə olunan avadanlıqlarAvropanın aparıcı şirkətlərinindir  burada istehsalolunan velosipedlər Avropa standartlarına tamuyğundur”.

 

Onun sözlərinə görə, zavodun ümumi istehsal ərazisi 2200 kv.metrdir:

“Zavod velosiped təkərlərinin istehsalı,rəngləmə, anbar və təchizat sahələri, ofisdən ibarətdir. İstehsal gücü layihə üzrə 30 min ədəd velosiped istehsalıdır. Bu il ərzində azı 30 000 ədəd velosiped istehsal etmək2018-ci ildən isə istehsal gücünü 2 dəfə artırmaq və əlil arabalarının da istehsalına başlamağı planlaşdırırıq.İSMA BİKE istehsalı olan velosipedlər yüksək keyfiyyətlə hazırlanır, bütün detalları uzunömürlüdür və daha uzun müddət istismar edilə biləcəkdir. İstehsalatda istifadə olunan ehtiyyat hissələri Yaponiya, Tayvan, Malaziya və Almaniyadan gətirlir. Gələcəkdə yeni modeelər artırmaqla istehsal sahələrini genişlənidirməniyyətindəyik. “İSMA Bikes” zavodunun Bakıda, Bərdədə, Gəncədə, Goranda, Xaçmazda satış şöbələri var. Yaxınlarda Şəmkirdə də açılacaq”.

 

E.Qəhrəmanov deyib ki, “İSMA Bikes” istehsalı olan velosipedlərin baha olması iddialarına da cavab verib:

“Hazırda bazarda olan brendlərlə müqayisədə yerli velosipedlər 200-300 dollar ucuzdur. Ehtiyyat hissələri bizə ucuz gəldiyindən, biz  velosipedləri insanlara daha əlçatan etmişik. Zavodun istehsalı olan velosipedləri eyni brenddən olan xarici istehsalla yanaşı qoysalar görəcəklər ki, bizim velosipedlər 200-300 dollar ucuzdur”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar