Modern.az

Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxıldı

Mingəçevirdə 2 yaşlı körpə beşinci mərtəbədən yıxıldı

17 Sentyabr 2017, 23:44

Mingəçevirdə 2 yaşlı körpə doqquz mərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılıb. Xəsarət almış körpəyə tibbi yardım göstərilib.

Onun həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır