Modern.az

Küveyt Şimali Koreya səfirini ölkədən çıxarır

Küveyt Şimali Koreya səfirini ölkədən çıxarır

18 Sentyabr 2017, 00:58

Küveyt Şimali Koreya səfirini ölkədən çıxarır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, səfirə ölkəni tərk etmək üçün 1 ay vaxt verilib. Buna səbəb isə sentyabrın 15-də Şimali Koreyanın yeni raket sınağı keçirməsidir. Raket 800 km yüksəklikdə 3,7 min km yol qət edib, Yaponiya üzərindən keçib və Hokkaydo adasından 2,2 min km uzaqlığa düşüb. Bununla əlaqədar Küveyt Şimali Koreya ilə diplomatik əlaqələri aşağı endirmək barədə qərar qəbul edib. Həmin qərara əsasən, ölkədə yalnız diplomatik missiyanın rəhbəri vəzifəsini icra edən və daha üç diplomat qalacaq.

Məlumata görə, Şimali Koreyanın səfiri bu qərardan xəbərdar olduğunu və sentyabrın sonuna qədər Küveyti tərk edəcəyini bildirib.

Qeyd edək ki, Şimali Koreyanın bundan əvvəl keçirdiyi raket sınaqlarına etiraz əlaməti olaraq Küveyt bu ölkənin vətəndaşlarına viza verilməsini, eləcə də Küveytdə olan Şimali Koreya vətəndaşlarının viza müddətinin uzadılmasını dayandırıb. Hazırda Küveytdə 6 minə yaxın Şimali Koreya vətəndaşı var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir