Modern.az

Şokoladlı muzey - REPORTAJ+FOTOLAR

Şokoladlı muzey - REPORTAJ+FOTOLAR

18 Sentyabr 2017, 09:09

İstanbulda yaşayıb,  bu ölkəyə turist kimi gəlib belə şirin muzeyə getməmək günah olar.  Dostlarım getmişdi Sokalad muzeyinə. Çox təriflədilər, düşündüm ki, hər halda müxtəlif sokoladlardan ibarət kolleksiyalar var. Amma həm muzey, həm də fabrik kimi fəaliiyət göstərən bu möhtəşəm yerə getdiyimdə indiyədək burdan niyə xəbərim yoxmuş deyə, üzüldüm.  

Şokolad muzeyi insanları sözün əsl  mənasında nağıllar dünyasına dəvət edir. Muzeydən çıxana qədər özünü lap  nağıl qəhrəmanı kimi hiss edirsən. Məncə bu muzeyə özəlliklə uşaqları gətirmək lazımdı. Heç narahat olmağa dəyməz, uşaqlar üçün ayrılmış sokoladlar var, balacalar istədiyi qədər yeyə bilər, beləliklə muzeydə sərgilənən sokolad heykəllər balacaların dişlərindən xilas olar. İndi isə muzeydə nələr var onlardan  danışım. 

Sokoladlı tarix

25 min kvadrat metrlik fabrikdə qurulan Pelit Şokolad muzeyinə  daxil olduqda, ziyarətçilər şokoladın inşası və dekorasiyası barədə məlumat alırlar. Xüsusilə uşaqlar şokoladdan hazırlanan küçəyə girərkən təəccüblərini gizləyə bilmirlər. Onları şokoladla hazırlanan heyvanlar aləmi qarşılayır. Şokoladlı qapıdan muzeyin İstanbul hissəsinə keçən ziyarətçilər burada Ayasofya muzeyi, Sultanahmet məscidi, Kızkulesi kimi şokoladdan hazırlanmış əsərləri görərkən, digər hissədə Mustafa Kamal Atatürk, Albert Eynsteyn, Mövlana Cəlaləddin Rumi, Fatih Sultan Məhəmməd, Van Qoq kimi tarixdə iz buraxmış adların şokoladdan qoyulmuş büstlərinə "şirin" bir təəssüratla dolurlar.

Sokolad muzeyinin sənət direktoru rəssamı İsmayıl Acar muzeyə bədii ölçü qatmaq istədiklərini deyir.  

"Şokoladı piqment olaraq istifadə  etdik. Bu işlə çox maraqlandım. Əslində sokoladı boya kimi istifadə edərək, ziyatətçiləri başdan çıxarıram. Bu həm də muzeyin adına uyğundu və çəkicidir". 


Şokoladlı rəsmlər

Fabrikin qida sənayesi istehsalı müdiri Bülent Baki də 6 ay əvvəl açılan və 2 illik bir əməyin məhsulu olan muzeyin hazırlanmasında tonlarla şokolad istifadə edildiyini söylədi.

Muzeydəki Mevlevi küncündə iki semazen və Fatih Sultan Mehmetin İstanbula girişinin təsvir edildiyi tablo üçün 450 kilo ağ şokolad istifadə edilib.

"Muzeydə rəssam İsmayıl Acarla birlikdə təxminən 3 min nəfərlik bir qrup çalışıb. Açıldığı gündən bu yana təxminən 50 min adam muzeyi ziyarət edib".
 

Şokoladdan hazırlanan  portretlər hissəsi isə başqa bir möcüzədir. Musiqiçilərin olduğu hissədə Zeki Müren, Aşıq Veysəl,  Türk Ertaş və Barış Mançonun şokoladdan heykəlləri var. Bu arada muzeydə sadəcə sokoladdan olan heykəllər və tabloları izləmirik. Muzeyi ziyarət edənlər mütləq sokolada qonaq edilir...


Məhsəti Şərif,
Türkiyə

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir