Modern.az

Diplomatik xidmət keçənlərə əlavə imkanlar yaradılır

Diplomatik xidmət keçənlərə əlavə imkanlar yaradılır

Aktual

18 Sentyabr 2017, 11:33

“Diplomatik xidnət haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, dəyişikliyə əsasən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara göndərilə bilərlər.

 

Həmçinin diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət oraqnlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər öz razılıqları ilə peşəkar hazırlıq və əlavə təhsil və yaxud elmi tədqiqat aparılması üçün Azərbaycan Respublikasında və ya digər ölkələrdə yerləşən ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara müvəqqəti olaraq göndərilə bilərlər.

 

Qanun layihəsi Milli məclisin plenar iclasına təklif olunub. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!