Modern.az

\"Ümumi təhsil haqqında” qanun layihəsi hazırlanacaq  

\

18 Sentyabr 2017, 11:36

Milli Məclisin payız sessiyası dövründə “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” qanun layihələrinin hazırlanması məsələsi gündəliyə salınacaq. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib. İ.Həbibbəyli bildirib ki, parlamentin payız sessiyası dövründə “Peşə təhsili haqqında” qanun layihəsinin birinci oxunuş üçün plenar iclasın müzakirəsinə çıxarılması nəzərdə tutulur:

"Layihə birinci oxunuşdan keçdikdən sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün də işçi qrupu yaradılacaq və layihənin hazırlanması üçün materiallar toplanılacaq. Düşünürəm ki, oktyabrda “Peşə təhsil haqqında" qanun layihəsi müzakirəyə çıxarıldıqdan sonra - noyabrda “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupu yaradılacaq”.

O əlavə edib ki, “Elm haqqında” qanuna uyğunlaşdırma məqsədilə bir sıra digər qanunlarda dəyişikliklərin edilməsi tövsiyə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir