Modern.az

Jurnalist 9 il həbsdə qalacaq  

Jurnalist 9 il həbsdə qalacaq   

18 Sentyabr 2017, 11:56

Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimi Rəşid Hüseynovun sədrliyi ilə jurnalist Elçin İsmayıllı barəsində keçirilən məhkəmə bu gün yekunlaşıb.

 

Bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil Elçin İsmayıllının 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu bildirib:

“Hökmdən apellyasiya şikayəti verəcəm, tamamilə qanunsuzdur. Elçin İsmayıllı heç bir cinayət törətməyib və bu məhkəmədə də sübut olunub.
Mənim barəmdə qanunsuz və əsassız olaraq Vəkillər Kollegiyasına müraciət olundu. Müraciətin səbəbi hakimin müdafiə hüququnu kobud şəkildə pozması, məndən etdiyi qanunsuz tələbi (orderin tarixini dəyişməməyimdir) yerinə yetirməməyimdir”.

 

İsmayıllıda yaşayan müstəqil jurnalist Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir