Modern.az

Deputatdan dərsliklərlə bağlı TƏNQİD: “Yazılmasında inhisarçılıq var”

Deputatdan dərsliklərlə bağlı TƏNQİD: “Yazılmasında inhisarçılıq var”

18 Sentyabr 2017, 12:04

“Dövlətimiz regionlarda, ümumilikdə ölkəmizdə yeni-yeni təhsil müəssisələrinin yaradılması  üçün çox böyük qayğı göstərir. Məktəbdə dərs deyən müəllimlərin keyfiyyəti artırılmalıdır. Bunun üçün müvafiq icra hakimiyyəti orqanları çox ciddi işlər görməlidir”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Musa Qasımlı deyib.

 

Deputat hesab edir ki,diqqət yetirilən məsələlərdən biri də dərsliklər olmalıdır. “Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdə müxtəlif sahələr üzrə dərsliklər yazılır.

 

Dərsliklərin yazılması ilə bağlı standartlar var. Bizim iradlarımız olan dərsliklərə əl qoyulmalıdır. Dərsliklərin yazılmasında inhisarçılıq ola bilməz. Bir tarixçi paleolitdən bu günə qədərki dövrü necə yaza bilər axı? Dərliklərimizdə nə qədər xronologiya ola bilər? Dərsliklərimizdə çox ciddi şəkildə millətçilik,dövlətçilik aşılanmalıdır.Statiskita yox”.

 

Musa Qasımlı deyib ki, bizdə hamı gözünü dövlət büdcəsinə dikir.

 

“Hesab edirəm ki, Azərbaycanda alim əməyinə diqqətin yüksəldilməsi üçün rəqabət mühiti yaradılmalıdır.. Həmçinin orta məktəb attestatı ilə xaricə gedən insanlarımızı və başqa təsirlərin altına düşməkdən qorumaq üçün  ölkəmizdəki universitetlərdə təhsili gücləndirməliyik. Universitetlərimizi gücləndirməliyik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir