Modern.az

Elmira Axundova Parlament Jurnalistlər Birliyinə müraciət edib

Elmira Axundova Parlament Jurnalistlər Birliyinə müraciət edib

Parlament

17 Noyabr 2009, 17:35

Millət vəkili Elmira Axundova Parlament Jurnalistlər Birliyinə müraciət edib. Məlumatı birliyin sədri Elşad Eyvazlı verib. Onun sözlərinə görə deputat müraciətində ölkə mediasından narazılığını ifadə edib. Elmira Axundova qeyd edib ki, mətbuat onun ad və soyadını Ombudsman Elmira Süleymanova ilə qarışdırır. Deputatın sözlərinə görə, bu məsələ birinci dəfə olsaydı, dərd yarı ıdı. Ən tanınmış agentliklər, telekanallar Elmira Süleymanovanı onunla səhv salırlar. “Bizim nə zahiri, nə də daxili oxşarlığımız var. Tamam başqa insanlarıq. Yaş fərqimiz də böyükdür. Ona görə də bu, mənə çox təəcüblü gəlir”-deyə millət vəkili qeyd edib.

Elmira Axundova bildirb ki, hazırda parlamentdə 13 qadın deputat var. Media onların hamısını biri-biri ilə qarışdırır: “Bizdə qadın deputatlar çox deyil ki, mətbuat belə yanlışlığa yol versin. Lalə Abbasova əvəzinə Lalə Əliyeva, Jalə Əliyeva əvəzinə Jalə Abbasova, Elmira Axundova əvəzinə Elmira Süleymanova yazər, belə deyirlər. 2010-cu ilin büdcə müzakirələrində aktiv iştirak etdim. Ancaq bütün telekanallar məni deputat Elmira Süleymanova kimi təqdim etdi. Bu, mənə təhqirdi. Elmira  Süleymanova dostumdur, ona böyük hörmətim var. Amma medianın bu şəkildə yanlışlığa yol verməsi yaxşı hal deyil”.

Deputatın PJB-yə müraciətində media rəhbərlərindən belə məsələlərdə diqqətli olmaq tələb edilib.  

     

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər