Modern.az

“Orta məktəb dərslikləri monoqrafiyaya dönüb”

“Orta məktəb dərslikləri monoqrafiyaya dönüb”

18 Sentyabr 2017, 12:31

“Nə qədər ki, orta məktəb dərsliklərini ali məktəb müəllimləri hazırlayır, bu problem davam edəcək”.

 

Modern.az xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Kamilə Əliyeva deyib.

 

Deputatın sözlərinə görə, vəziyyət o yerə çatıb ki, orta məktəb dərslikləri monoqrafiyaya dönüb.

 

“Axı niyə heç kimin ağlına gəlmir ki, burada yaş senzi nəzərə alınmalıdır. Orta məktəb dərsliklərini ali məktəb tələbəsi səviyyəsində hazırlayanda əlbəttə, ciddi problem olacaq. Hesab edirəm buna artıq bir əncam çəkilməlidir, inhisarçılıq olmamalıdır.

 

Eybi yox, aralarında bir nəfər ali məktəb mütəxəssisi olsun. Amma ümumilikdə orta məktəb dərsliklərini orta məktəb təhsili üzrə mütəxəssislər hazırlamalıdır”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?