Modern.az

Tələbələrin köçürülməsi başa çatdı

Tələbələrin köçürülməsi başa çatdı

Aktual

17 Sentyabr 2017, 12:00

Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi başa çatıb. Bu il portal vasitəsilə 805 tələbə yerli, 21 tələbə isə xarici universitetlərdən köçürülüb. Həmçinin orta-ixtisas təhsili müəssisəsində təhsil alan 107 nəfər, magistratura səviyyəsində təhsil alan 4 tələbə də bu portalın imkanlarından yararlanıb.

Tələbələrin təəssüratlarını təqdim edirik.

 

İlahə Hüseynova

Mən Slavyan Universitetində magistratura səviyyəsində təhsil alırdım. Daha sonra ailə qurdum, övladım dünyaya gəldi, təhsilimi dondurmalı oldum. Bu il də Bakıya qayıdıb, təhsilimi davam etdirmək imkanım yox idi. Çünki Gəncədə yaşayıram. Yoldaşım da burada işləyir. Ailə vəziyyətimlə əlaqədar olaraq qərara gəldim ki, imtina edim. Ancaq transferdə magistrların da köçürlməsinin mümkün olduğunu öyrəndim və bu imkandan yararlandım. Bu, mənim üçün göydəndüşmə bir fürsət oldu. Çox həyəcan keçirdim. Təhsilimdən imtina edə bilməzdim. Çünki çox əziyyət çəkmişəm, oxumuşam, çalışmışam. Nə yaxşı ki, bu, baş vermədi. Çox rahatlıqla qeydiyyatdan keçdim.

 

Əfsər Ələkbərli

Bakı Mühəndislik Universitetində təhsil alırdım. Bu il transfer.edu.az elektron köçürülmə sistemindən istifadə etdim. Təhsil Nazirliyi bugünkü kommunikasiya imkanları olan zamanda rahatlığı təmin etməklə məni çox şad etdi. Tamami ilə rahatlıqla evdə oturmaqla qeydiyyatdan keçdim. Transferin qaydaları da məni tam məmnun etdi. Sözsüz ki, burada həm şəffaflıq, həm obyektivlik də yer almışdı.

Şahin Sərdarlı “Transfer.edu.az” Təhsil Nazirliyinin, eləcə də ölkəmizin ən uğurlu layihələrindən biridir. Təhsil Nazirliyində yaradılmış şəffaf köçürülmə sisteminə çox güvənirdim. Tələbələrə verilmiş şansdan istifadə etmək, eləcə də ölkəmizin sayılıb-seçilən bir Universitetində təhsilimi davam etdirmək qərarına gəldim. Elektron qaydada müraciət etdim və müsabiqə şərtlərini ödədiyim üçün arzu etdiyim tədris ocağına köçürüldüm. Bu ildən təhsilimi Azərbaycan Dillər Universitetində davam etdirəcəyəm. Bir sözlə, sevincimin əvəzi yoxdur. Təşəkkür edirəm, Təhsil Nazirliyi!

 

Nigar Quluzadə

Mən Azərbaycan Dillər Universitetində filologiya ixtisası( ingilis dili) üzrə təhsil alırdım. Müəllim olmaq istəyirdim, ancaq sonradan öyrəndim ki, ixtisasım pedaqoji profilli deyil. Elektron köçürülmədə iştirak etdim və müsbət cavab aldım. İndi ingilis dili müəllimliyi üzrə təhsil alacam. Təşəkkür edirəm.

Rəvan Rəsulzadə

Azərbaycan Dövlət İqtisad Universitetində ( UNEC) təhsil alırdım. Ancaq ixtisasımı sevmirdim. Bu, da məni məyus edirdi. Transferdən istifadə edərək Bakı Dövlət Universitetinə köçürüldüm. Arzuladığım ixtisasda təhsilimi davam etdirəcəyəm. Tələbələr üçün belə şəffaf sistemin olması əlbəttə ki, hamımızı məmnun edir. Dostlarım da bu portalın imkanlarından yaralanıb. Çox rahatdır və şəffafdır.

Cavad Mustafayev

Azərbaycan Memarlıq və İnşaat Universitetində oxuyurdum. Biz Gəncədə yaşayırıq və orada oxumaq mənə daha uyğun idi. Bunları nəzərə alaraq köçürülmək qərarına gəldim. Sistem məni olduqca qane etdi. Heç bir məmur qəbulunda olmadan, evdə oturdum, keçdim və köçürüldüm. Səhər yuxudan oyananda gördüm ki, köçürməyimlə bağlı müsbət rəy mesajı almışam. Çox şadam.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?