Modern.az

Azərbaycan əsilli həkim Merkellə görüşdə nələr danışıb? - FOTO  

Azərbaycan əsilli həkim Merkellə görüşdə nələr danışıb? - FOTO   

Aktual

18 Sentyabr 2017, 13:15

Almaniyada yaşayan dr. Rəhim Şimtd Almaniyanın kansleri Angela Merkellə görüşüb. Bu barədə məlumatı Modern.az-a diaspor hərəkatının fəalı Elnur Eltürk verib.

"Rəhim Şimtd Almaniyanın siyasi dairələrində böyük hörmətə malik şəxslərimizdəndir. Eyni zamanda, Almaniyanın Kimsizlərlə və Yoxsullarla bağlı Tibb Komissiyasının rəhbərdir. Orada 50-dən çox həkim heyəti var. Pulsuz tibbi xidmət göstərirlər. Rəhim bəy heyətin rəhbəridir. Bir müddət Almaniyanın əyalət parlamentinin deputatı olub. Alman mediası ilə sıx ünsiyyəti var. Hər zaman Azərbaycan məsələsinə böyük önəm verir. Bu günlərdə də Almaniya kansleri Angela Merkellə görüş zamanı Azərbaycan, Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verib“,-deyə E.Eltürk verib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı