Modern.az

“Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Allahşükür Paşazadə ətrafında baş verənlərə REAKSİYA  

“Şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Allahşükür Paşazadə ətrafında baş verənlərə REAKSİYA  

Aktual

18 Sentyabr 2017, 15:58

"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xəbərlərin ard-arda mediaya sızdırılmasına münasibət bildirib.

 

Modern.az xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığı qənaətindəddir: "Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Şeyx özü dolayı şəkildə xəbəri inkar etsə də, məndə belə təəssürat yarandı ki, buna inanan az oldu. 

 

Daha sonra şeyxin oğlunun ailəsiylə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Bu dəfə isə xəbər təkzib edilmədi. Geniş imkanları olan şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub.

Bu xəbərin üstündən iki gün keçməmiş şeyxin qudasının oğlu həbs olundu və quda ölkənin baş prokurorunu saxtakarlıqda ittiham etdi. Elə təəssürat yaranır ki, şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir...”.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür