Modern.az

Putin BMT-nin Baş Assambleyasına getmir- SƏBƏB

Putin BMT-nin Baş Assambleyasına getmir- SƏBƏB

18 Sentyabr 2017, 16:21

BMT-nin Nyu-Yorkda işinə başlayan 72-ci Baş Assambleya iclasına Rusiya prezidenti Vladimir Putin qatılamayacaq.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentin mərtbuat xidmətinin rhəbəri Dmitri Peskov bu məlumatı şərh edərkən Putinin iclasa qatılmamasında qeyri-adi heç nəyin olmadığını deyib.

 

“Putin hər il Baş Assambleya iclasına qatılmır. Bu il də gərgtin iş qrafikinə görə sessiyaya qatıla bilməyib. İstənilən halda, Moskva BMT-nin icra strukturtu kimi beynəlxalq aləmdə oynadığı rolu qəbul edir”.

 

Xatırladaq ki, Baş Assambleyanın iclasına Azərbaycan prezidenti İlham Əliyev, həmçinin Özbəkistan, Ukrayna və s. dövlətlərin başçıları qatılacaq.

 

                             

 

 

  

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!