Modern.az

Dərin çalaya düşən azyaşlı xilas edildi

Dərin çalaya düşən azyaşlı xilas edildi

18 Sentyabr 2017, 16:52

Nərimanov rayonunda azyaşlı dərinliyi 2 m olan çalaya düşüb.

 

Fövqəladə Hallar Nazirliyindən (FHN) Modern.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda tikinti aparılan ərazidə 1 nəfər azyaşlı bünövrə çalasına düşərək köməksiz vəziyyətdə qalıb.

 

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Uşaq dərinliyi təqribən 2 m olan çaladan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı