20 fevral 2018, Çərşənbə
Ana Səhifə - PARLAMENT - “Hacı Qalib yenə ağlına gələni danışır” - Deputat sabiq həmkarını yalançılıqda suçladı
“Hacı Qalib yenə ağlına gələni danışır” - Deputat sabiq həmkarını yalançılıqda suçladı
18.09.2017, 18:03

Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadə həbs edilib. Hacı Qalib oğlunun həbsinin arxasında Baş prokuror Zakir Qaralovun dayandığını və bunu aralarındakı düşmənçiliklə əlaqəli olduğunu bildirib.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüi Çingiz Qənizadə məsələ ilə bağlı Modern.az-a danışıb. O bildirib ki, Qalib Salahzadənin açıqlamaları inandırıcı deyil:

“Hacı  Qalib yenə  öz ampluasındadır. Yenə də ağlına gələni dərhal dilinə gətirir və müəyyən ifadələr işlədir. Xüsusilə oğlunun həbsi və Baş prokurorla bağlı açıqlaması hesab edirəm ki, normal oxucu tərəfindən ciddi qəbul edilə bilməz. Ölkənin Baş prokuroru ilə onun düşmənçilik aparması arasında çox böyük məsafə var. Yəni kiçik adamla baş prokurorun hansı ədavəti və düşmənçiliyi ola bilər?. Bu, inandırıcı deyil. Zakir Qaralovun Sabunçu rayon prokuroru işləyən zaman Bilgəhdə zəfəran torpaqlarını qeyri-qanuni yolla zəbt etmək iddiası ilə bağlı iddiaya gəldikdə, fürsətdən istifadə edib qurumlara müraciət etmək istəyirəm. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi Baş prokurorluq və digər qurumlara müraciət  edərdim ki, zəfəran kolxozunun torpağının taleyini araşdırsınlar.


Hacı Qalib birinci dəfə deyil ki, belə fikirlər ifadə edir. Bu yaxınlarda şeyxin varisi ilə bağlı fikir ortaya atdı. Şeyxin oğlunun varisi olması məsələsini gündəmə gətirdi. Hamı bilir ki, şeyxin oğlu savadlı gəncdir və dini fəaliyyətlə məşğul deyil, varis ola bilməz. Beləliklə şeyxi zərbə altında qoymuş oldu. Parlamentdə olanda cəmi bir-iki dəfə çıxış edib. Ən böyük qüsurlarından biri də bələdiyyə seçkiləri zamanı idi. Hələ seçkilərə bir neçə ay qalmış, guya bələdiyyə sədrlərinin təyin olunduğu barədə fikirlər səsləndirməsi, ölkənin seçki sistemini şübhə altına alan sözlər söyləməsi heç bir məntiqə sığmırdı”.


Ç.Qənizadə qeyd edib ki, Qalib Salahzadənin açıqlamaları əslində özünə qarşı yönəlib:

“Eyni zamanda, hacı Qalibin  500 nəfəri Həcc ziyarətinə göndərməsi ilə əlaqəli fikirlərinin də şahidi olduq. O zaman da bunun gülünc açıqlama olduğunu bildirdim. O qədər insanın Həccə göndərilməsi yüklü məbləğ tələb edir. Bunun əvəzinə ona ali məktəblərə qəbul olunan, lakin təhsil haqqını ödəyə bilməyən gənclərə kömək göstərməsini təklif etdim. Bu cür sərsəm açıqlamalar həmişə olub.

Hacı Qalibin bu ifadələri və Baş prokurorluğa qarşı ünvanlanan ifadələr hesab edirəm ki, əksinə, özünə qarşı yönələn ifadələrdir. Oxucu digər fikirlər kimi, bunları da ciddi saymayacaq. Zakir Qaralov indiyə qədər adı hansısa neqativ məsələlərdə hallanmayan dövlət məmurlarından biridir. Onun rəhbərlik etdiyi dövrdə prokurorluqda əsaslı dönüş yaradılıb. Yəni kadrların yerləşdirilməsindən tutmuş istintaqın kefiyyətinə qədər bütün sahələrdə bir dönüş müşahidə edilib. Prokurorluq orqanlarının əməkdaşlarının davranışı, onların  qanunun aliliyinə hörməti heç də digər orqanlardan  geri qalmır. Hesab edirəm ki, hacı Qalibin bu cür açıqlamaları olub və olacaq. Sadəcə görünür, həmişə cəzasız qaldığına görə hər dəfə yeni ampluada öz fikirlərini ifadə  etməyə çalışır. Prokurorluq orqanları həbs qərarı seçməklə  döyülmüş Azərbaycan vətəndaşının hüquqlarını qorumuş olub”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30 min insanın müavinəti artırılıb
20.02.2018, 11:17

30 min insanın müavinəti artırılıb

Qazaxıstan rəsmən latın qrafikalı əlifbaya keçdi
20.02.2018, 11:06

Qazaxıstan rəsmən latın qrafikalı əlifbaya keçdi

Arzu Rəhimova iki müavin təyin edildi
20.02.2018, 10:58

Arzu Rəhimova iki müavin təyin edildi

Azərbaycandan İrana keçmək istəyən 6 qanunsuz miqrant saxlanıldı - FOTOLAR
20.02.2018, 10:50

Azərbaycandan İrana keçmək istəyən 6 qanunsuz miqrant saxlanıldı - FOTOLAR

Gəlişi doğru, müjdəsi yalançı çərşənbə
20.02.2018, 10:50

Gəlişi doğru, müjdəsi yalançı çərşənbə

Azərbaycana birdəfəyə 4-5 bala verən qoyun cinsi gətirilib - FOTO
20.02.2018, 10:44

Azərbaycana birdəfəyə 4-5 bala verən qoyun cinsi gətirilib - FOTO

Professor Buludxan Xəlilov: “Bizdə əsər təqdimatı çox zaman tostlar üzərində qurulur” - MÜSAHİBƏ
20.02.2018, 10:35

Professor Buludxan Xəlilov: “Bizdə əsər təqdimatı çox zaman tostlar üzərində qurulur” - MÜSAHİBƏ

Bakı Ali Neft Məktəbinin daha bir tələvəsi qrant layihəsini uğurla icra edib
20.02.2018, 10:32

Bakı Ali Neft Məktəbinin daha bir tələvəsi qrant layihəsini uğurla icra edib

“Dəmirbank”ın əmanətçiləri üçün RİSK
20.02.2018, 10:28

“Dəmirbank”ın əmanətçiləri üçün RİSK

Prezident borcların silinməsini təklif edib - LAYİHƏ
20.02.2018, 09:54

Prezident borcların silinməsini təklif edib - LAYİHƏ

Tələbələrin nəzərinə: Biznes ideya müsabiqəsi başlayır
20.02.2018, 09:53

Tələbələrin nəzərinə: Biznes ideya müsabiqəsi başlayır

Qızıl olan nədir: susmaqmı, kommunikasiyamı?
20.02.2018, 09:53

Qızıl olan nədir: susmaqmı, kommunikasiyamı?

Efiopiyanın Bakıdakı fəxri konsulu: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır” - MÜSAHİBƏ  
20.02.2018, 09:38

Efiopiyanın Bakıdakı fəxri konsulu: “Afrika ölkələri Azərbaycan üçün bir açılımdır” - MÜSAHİBƏ  

Abşeronda 64 yaşlı kişinin yanmış meyiti aşkarlandı
20.02.2018, 09:35

Abşeronda 64 yaşlı kişinin yanmış meyiti aşkarlandı

Cəbhədə şiddətli atışma oldu 
20.02.2018, 09:31

Cəbhədə şiddətli atışma oldu 

Tanıdığım Hüseyn Əfəndi
20.02.2018, 09:28

Tanıdığım Hüseyn Əfəndi

Ər kişinin Ər oğlu - Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTOLAR   
20.02.2018, 09:11

Ər kişinin Ər oğlu - Şəhid mayor Rasim Məmmədovun HƏYAT HEKAYƏSİ - FOTOLAR  

Maduro Trampı dialoqa çağırdı
20.02.2018, 09:02

Maduro Trampı dialoqa çağırdı

“Gümüş göl əfsanəsi”nin KADRARXASI: “Baş rolda çəkilən qız dedi ki, öldürsəniz də suya girməyəcəm” 
20.02.2018, 08:43

“Gümüş göl əfsanəsi”nin KADRARXASI: “Baş rolda çəkilən qız dedi ki, öldürsəniz də suya girməyəcəm” 

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI   
20.02.2018, 08:34

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI  

Azərbaycanda axtarışda olan 41 nəfər saxlanılıb   
20.02.2018, 08:33

Azərbaycanda axtarışda olan 41 nəfər saxlanılıb  

Çempionlar Liqasında bu gün: “Bavariya”-“Beşiktaş”, “Barselona”-“Çelsi”   
20.02.2018, 08:31

Çempionlar Liqasında bu gün: “Bavariya”-“Beşiktaş”, “Barselona”-“Çelsi”  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
20.02.2018, 08:22

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Güclü yağış Bakıda iki evin damını çökdürdü
20.02.2018, 01:01

Güclü yağış Bakıda iki evin damını çökdürdü

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu
20.02.2018, 00:44

İmtahana ayaqqabı ilə gəlmək qadağan olundu

İrandakı iğtişaşlarda  3 polis öldü
20.02.2018, 00:28

İrandakı iğtişaşlarda  3 polis öldü

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası
20.02.2018, 00:13

Bakıdakı restoranda müsiqiçilərin əlbəyaxa davası

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır
19.02.2018, 23:59

“Sovetski”dən köçürülmənin ikinci mərhələsinə başlanılır

Türkiyə, İran və Rusiya XİN rəhbərləri Astanaya toplanır
19.02.2018, 23:44

Türkiyə, İran və Rusiya XİN rəhbərləri Astanaya toplanır

Azərbaycan nefti 1 dollar bahalaşdı
19.02.2018, 23:29

Azərbaycan nefti 1 dollar bahalaşdı

Kremlin axtardığı azərbaycanlı – 100 min dollardan imtina edən ARMED MİŞEL
19.02.2018, 23:13

Kremlin axtardığı azərbaycanlı – 100 min dollardan imtina edən ARMED MİŞEL

Tələbələrdən rəsmi Vaşinqtona etiraz
19.02.2018, 22:59

Tələbələrdən rəsmi Vaşinqtona etiraz

İsveç nümayəndələrinə Qarabağ həqiqətləri çatdırıldı
19.02.2018, 22:46

İsveç nümayəndələrinə Qarabağ həqiqətləri çatdırıldı

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ
19.02.2018, 22:29

“Bu, Suriyanın bölünməsinə gətirib çıxaracaq” - Bəkir Bozdağ

Avtobusın minik maşını ilə toqquşma anı - Video
19.02.2018, 22:14

Avtobusın minik maşını ilə toqquşma anı - Video

ARXİV