Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova jurnalistlərə açıqlamasında deputat həmkarı Aydın Həsənovun parlament seçkilərinin təxirə salınması haqda dediklərinə münasibət bildirib: "Bu, bir nəfərin fikridir. Hər bir insanın öz fikrini azad formada ifadə etmək hüququ var. Amma bu, elə bir nəfərin fikri olaraq qalır və onu heç kim qəbul etmir”.
Modern.az-ın məlumatına görə, B.Muradova bildirib ki, 2010-cu ilin parlament seçkiləri qanunla müəyyənləşdirilmiş vaxtda keçiriləcək: “Bunun üçün dövlət büdcəsində nəzərdə tutulan vəsait də parlament seçkilərinə sərf olunacaq. Azərbaycanın qarşıda duran digər problemləri həll etmək üçün kifayət qədər imkanı var. Bu imkanlardan da maksimum istifadə olunur”.